Unibank şəhidin ailəsinə ev hədiyyə edir
Unibank torpaqlarımızın düşməndən azad olunması uğrunda canından keçmiş 21 yaşlı şəhidimiz Məmmədov Tural Taryel oğlunun ailə üzvlərini evlə təmin edəcək.
Bununla əlaqədar Bankın yaydığı məlumatda bildirilir:
"Müharibənin ilk günlərindən könüllü şəkildə Vətənimizin müdafiəsinə yollanan Tural Məmmədov, Şuşanın azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub. Özü yaralı olduğu halda, neçə-neçə yaralı əsgər yoldaşını döyüş meydanından kənarlaşdıraraq xilas edib. 21 yaşlı şəhidimiz Böyük Zəfər tariximizi öz qəhrəmanlıq dastanları ilə yazan igidlərimizdən biridir.
Turalın anası, bacısı və nənəsindən ibarət ailə üzvləri uzun illərdir kirayədə yaşadığından, Unibank rəhbərliyinin qərarı ilə onların ev problemi yaxın günlərdə həllini tapacaq. Unibank şəhidimizin ailəsinin Bakı şəhərində evlə təminatını həyata keçirəcək. Artıq evin alınması istiqamətində işlərə başlanılıb. Şəhidimizin ailə üzvlərinə bu haqda məlumat verilib. Bankın dəstəyi bununla yekunlaşmayacaq, Unibank komandası hər zaman ailənin yanında olaraq, qarşıya çıxan problemlərinin həllində dəstək olacaq.
Bizə böyük qələbəni yaşadan, təqvimimizə şanlı Zəfər gününü yazan bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzulayırıq!"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
















.jpg)







