Gömrük Komitəsinin büdcəyə ödənişi 10%-dən çox azaldı
Bu ilin yanvar-noyabr ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 3 milyard 585 milyon 516,4 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,5% azdır.
DGK-ninverdiyi məlumata görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 8,6% azalaraq 912 milyon 995,8 min manat təşkil edib.
ƏDV üzrə daxilolmalar isə 8,2% azalaraq 2 milyard 511 milyon 70 min manata bərabər olub. Aksizlər üzrə cari ilin 11 ayı ərzində daxilolmalar 44,5% azalaraq 128 milyon 129,4 min manat təşkil edib.
Yol vergisi üzrə daxilolmaların həcmi 33 milyon 321,2 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 17,9% azdır.
Bu ilin noyabr ayında Komitəsinin xətti ilə dövlət büdcəsinə 315 milyon 874,1 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 12,5% az, bu ilin oktyabr ayı ilə müqayisədə isə 0,4% çoxdur.
Bu ilin noyabr ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 2,5% azalaraq 87 milyon 298,5 min manat olub. Bu ilin oktyabr ayı ilə müqayisədə isə bu göstərici 3,1% artıb.
Həmçinin, cari ilin noyabr ayı ərzində ƏDV üzrə daxilolmalar ötən ilin eyni ayı ilə müqayisədə 15,9% azalaraq 212 milyon 747,9 min manat (bu ilin oktyabr ayı ilə müqayisədə 1% az), aksizlər üzrə 5% azalaraq 12 milyon 852,3 min manat (oktyabr ilə müqayisədə 7% çox), yol vergisi üzrə daxilolmalar isə 40% azalaraq 2 milyon 975,4 min manat (oktyabr ilə müqayisədə 4,3% çox) təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 8 d. əvvəl
-
-
11 d. əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
42 d. əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
43 d. əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 51 d. əvvəl
-
1 saat əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
2 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda doğum azalıb, ölüm artıb
Yanvarın 20-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir




























