Rusiyaya daha 12 Azərbaycan müəssisəsinə icazə verdi - ADLARI
Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan bəzi qida məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumlarla birgə zəruri tədbirlər davam etdirilir.
Məsələ ilə bağlı AQTA və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") ilə aparılan müzakirələr nəticəsində 24 dekabr tarixində daha 12 müəssisədən - "Suliddinoğlu Kəndli Fermer Təsərrüfatı" MMC, "Səma Agro" MMC, "Xızı Aqropark" MMC, "ART GREEN" MMC, Abbasov Elman Davud oğlu, Ələsgərova Lamiyə Eyvaz qızı, Ələsgərov Elçin Teymur oğlu, Əsgərov Çingiz Cəmil oğlu, Quliyeva Aidə Əhməd qızı, Yusifov Çingiz Əmiralı oğlu, Məmmədov Vilayət Rüstəm oğlu, Məmmədov Həmid Behbud oğluna məxsus müəssisələrdən pomidor məhsulunun Rusiyaya ixracına icazə verilib.
Qeyd edək ki, Rusiya Federasiyasının müvafiq qurumu bu icazələrin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təqdim olunmuş fitosanitar nəzarətin artırılması, habelə aparılmış monitorinqlərin nəticələrinə dair təqdim olunmuş məlumatlar əsasında verdiyini bəyan edib.
Hazırda Agentliklə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti arasında bu istiqamətdə intensiv müzakirələr davam edir.
Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyanın müvafiq qurumu tərəfindən 5 pomidor, 3 alma istehsalı müəssisəsindən də Rusiyaya məhsul ixracına icazə verilmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























