"Aqro-Vest" ailəsi cənab Prezidenti təbrik edir!
Bu gün Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin doğum günüdür!
Çoxumuz cənab Prezidenti 44 günlük Vətən müharibəsinin qəhrəmanı, komandanı kimi tərənnüm edirik! Lakin 44 günə döyüş meydanında qazanılmış Qələbə, uzun illər boyu uğurla aparılmış ardıcıl iqtisadi, siyasi, sosial, hərbi islahatların nəticəsidir! Ümummilli liderimiz qeyd edirdi ki, iqtisadiyyatı güclü olan dövlət, hər şeyə qadirdir! Məhz Azərbaycanın güclü iqtisadiyyatının, siyasi iradəsinin, hərbi gücünün nəticəsidir ki, qısa müddət ərzində ordumuz düşməni vətən torpaqlarından iti qovan kimi qovdu. 44 günə XXI-ci əsrin ən şanlı müharibəsini dünya hərb tarixinə qızıl hərflərlə yazdı. Artıq bir çox ölkələr inkişafın Azərbaycan modelini öyrənməyə, tətbiq etməyə başlayıblar.
Qələbəni şərtləndirən amillərdən biri də Xalq-Lider birliyi idi. Bu birlik, bir günün, bir ilin nəticəsi deyil, uzun illər boyu qazanılmış qarşılıqlı inam və etibarın təcəssümü idi.
Aqro-vest DC MMC şirkəti komandası və rəhbərliyi ilə daim cənab Prezidentin inkişaf kursuna sadiq olmuş, ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini vermişdir. İstər pandemiya, istərsə də Vətən müharibəsi zamanı şirkət öz dəstəyini əsirgəməmişdir. Bütün bunlarla yanaşı xüsusi qeyd etmək lazımdır ki, şirkətin 30-dan çox əməkdaşı Vətən müharibəsinin iştirakçısı olmuşdur.
Biz, Aqro-vest DC ailəsi olaraq, Ali Baş Komandanı doğum günü münasibətilə təbrik edir, ona daha güclü Azərbaycanın qurulması yolunda atdığı addımlarda uğurlar arzulayır, uca Allahdan can sağlığı diləyirik! Qoy Sizin hər ad gününüz bu ilki kimi, tarixi zəfərlərlə yadda qalsın! Cənab Prezident, biz dünən, bu gün olduğu kimi, sabah da Sizin amallarınıza sadiq olacaq, ölkəmizin inkişafı üçün üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirəcəyimizi bir daha bəyan edirik!
Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan!
Qarabağ Azərbaycandır!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)








.jpg)





