İrşad Electronics şəhid övladlarına 100 ədəd planşet hədiyyə edəcək
(®️) Hər zaman sosial layihələri ilə cəmiyyətimizə töhvəsini verən “İrşad Electronics” bu dəfə də həmrəylik günü münasibəti ilə vətən uğrunda şəhid olan qəhrəmanlarımızın övladlarını sevindirib. Şirkət 100 şəhid övladının təhsilinə dəstək olmaq məqsədilə uşaqlara planşetlər təqdim etməyə başlayıb.
“Məktubunuz çatdı, hədiyyəniz yoldadır!” adlı sosial layihəsi ölkənin müxtəlif şəhər və rayonlarından olan ailələri əhatə edir. Bu barədə məlumat verən “İrşad Electronics” şirkətinin İdarə Heyətinin Üzvü, Marketinq departamentinin rəhbəri Əli Bədəlov bildirib:
“Vətən uğrunda şəhid olan igidlərimizin bizə, bütün azərbaycanlılara əmanət qalan övladlarına sahib çıxmaq borcumuzdur. Biz də şirkət olaraq övladlarımızın təhsili üçün addım atmağa qərar verdik. Uşaqların sosial şəbəkələrdə yayılan, həmçinin bizə ünvanlanan məktublarını və müraciətlərini diqqətə alaraq 100 nəfərlik siyahı üzrə balaca dostlarımızın hədiyyələrini göndərməkdəyik. Təhsil bir insanın xilası, yeni həyata atacağı uğurlu addımın başlanğıcıdır. Qəhrəmanlarımızın övladlarına dəstək olmaqdan qürur duyuruq.”
Qeyd edək ki, həmrəylik günü öncəsi belə bir addım atan “İrşad Electronics” II Qarabağ döyüşləri müddətində bir çox sosial layihələri ilə fərqlənib. Şirkət torpaqlarımız uğrunda döyüşən hərbçilərimizin və səfərbər olan hərbi vəzifəli müştərilərin kredit ödənişlərini dondurub. Zəfər döyüşləri müddətində şəhid olan, yaralanan hərbçilərin kredit borclarını isə tam silib. Həmçinin, Qarabağ uğrunda döyüşlərdə yaralanan hərbçilərimizin və səfərbər olunan hərbi vəzifəlilərin ailələrinə dəstək olmaq məqsədilə 100 ailəyə 30 000 manat həcmində birdəfəlik maddi yardım təqdim edib. Ordumuza dəstək olmaq məqsədi ilə “İrşad Electronics” Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna 50.000 manat vəsait köçürüb, cəbhə bölgəsində çətin dağlıq şəraitdə xidmət edən hərbiçilərimizə 20.000 manat dəyərində isti geyim yola salıb. Bununla kifayətlənməyən şirkət yaralı qazilərimizə 100 ədəd mobil telefon bağışlayıb. Müharibə müddətində mülki vətəndaşlara edilən hücum nəticəsində hər iki valideyninin itirmiş, Gəncə sakinləri Xədicə və Nilayı isə 18 yaşınadək himayəsinə götürüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 7 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)








.jpg)







