Azərbaycan məhsullarının Cənubi Koreyaya ixracının mümkünlüyü müzakirə olunub
“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin mərkəzi ofisində Cənubi Koreya Respublikasının Azərbaycandakı səfiri cənab Kim Çanq gyu ilə görüş keçirilib.
Cəmiyyətin İdarə Heyətinin sədri Əbülfət Qocayevin dəvəti əsasında baş tutmuş görüşdə dövlətlərarası idxal-ixrac əlaqələrinin artırılması, ticarət dövriyyəsinin əhəmiyyəti, Azərbaycan məhsullarının Cənubi Koreyaya ixrac potensialının mümkünlüyü müzakirə olunub.
Əbülfət Qocayev bildirib ki, qurum özünün “Strateji İnkişaf Planı”na uyğun olaraq Cənubi Koreya təcrübəsinin öyrənilməsində maraqlıdır. Bu məqsədlə logistika, mal dövriyyəsinin müasir texnologiyalar əsasında idarə olunması, kadr hazırlığı və s. sahələrdə qarşılıqlı səfərlərin təşkil olunması, sərgi - yarmarkalarda birgə iştirak təşəbbüsləri həyata keçirilə bilər. Cəmiyyət üçün kənd təsərrüfatı məhsullarının emalı sahəsində Cənubi Koreya texnologiyalarından istifadə, maşın və mexanizmlərin Azərbaycana xüsusi güzəşətlərlə gətirilməsi imkanları və bu istiqamətdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məsələləri mühüm əhəmiyyət daşıyır.
Səfir cənab Kim Çanq gyu səsləndirilmiş təklifləri maraqla qarşılayaraq bildirib ki, son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan aqrar islahatlar , kənd təsərrüfatı sahələrinin müasir texnologiyalarla təmin olunması ölkəsində maraqla izlənir. “ Azərbaycan Prezidenti tərəfindən “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC- nin yaradılması mühüm hadisədir. Ölkəmin aqrar sahədə tədarük-təchizat sisteminin qurulmasında zəngin təcrübəsi var. Cənubi Koreya şirkətləri sizin qurumla əməkdaşlıqda maraqlıdır. Hazırda müasir texnologiyaların Azərbaycana , ekoloji baxımdan təmiz məhsullarınızın isə Cənubi Koreyaya ixracı üçün əlverişli imkanlar mövcuddur. Azərbaycanın nar , xurma , üzüm , fındıq , qoz və bir çox məhsulları Cənubi Koreyaya ixrac oluna bilər. Diplomat kimi bu sahədə əlimdən gələn bütün köməkliklərin göstərilməsinə çalışacağam “- deyə səfir bildirib.
Qarşılıqlı müzakirədə Azərbaycan məhsullarının ixrac edilməsi üçün tələb olunan keyfiyyət standartları , qablaşdırma , logistika məsələləri geniş müzakirə olunub. Yaxın vaxtlarda Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (Koica) və Koreya Respublikası Səfirliyinin Ticarət Şöbəsi (Kotra) ilə birgə növbəti işgüzar görüşün keçirilməsi qərara alınıb.
Görüşün sonunda “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC İdarə Heyətinin sədri Əbülfət Qocayev koreyalı diplomata Qarabağ xalçası hədiyyə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
6 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















