Azərbaycan neft-qaz ixracından növbəti 4 ildə 50 milyard dollardan çox gəlir gözləyir
Azərbaycan 2024-cü ildə 13 milyard 370,5 milyon ABŞ dolları dəyərində neft və qaz sənayesi məhsulları ixrac edəcək ki, bu da 2021-ci ilin proqnoz göstəriciləri ilə müqayisədə 18% çoxdur.
Bu barədə büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"nə istinadən xəbər verir.
Məlumata görə, 2021-ci ildə Azərbaycan 11 milyard 341,3 milyon dollar, 2022-ci ildə – 12 milyard 408,6 milyon dollar, 2023-cü ildə isə 13 milyard 162,1 milyon dollar dəyərində neft-qaz sənayesi məhsulları ixrac edəcək.
Göründüyü kimi, növbəti 4 ildə Azərbaycanın neft-qaz sektoru üzrə məhsul ixracının dəyəri 50 milyard 252,5 milyon dollar təşkil edəcəyi gözlənilir.
Ölkədən neft-qaz sənayesi məhsullarının ixracı tədricən artması fonunda sözügedən məhsulların idxalı üzrə azalma müşahidə olunacağı gözlənilir. Belə ki, 2024-cü ildə Azərbaycan 1 milyard 536,8 milyon dollar dəyərində neft-qaz məhsulları idxal edəcək. Bu da 2021-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 9,7% azdır.
Məlumata görə, 2021-ci ildə ölkəyə 1 milyard 701,5 milyon dollar, 2022-ci ildə – 1 milyard 762,7 milyon dollar, 2023-cü ildə isə 1 milyard 588,6 milyon dollar dəyərində neft-qaz məhsulları idxal ediləcəyi proqnozlaşdırılır.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























