Virusun yeni növü Avro və Funt sterlinqin ucuzlaşmasına səbəb olub - GÜNƏ BAXIŞ
Avropa və İngiltərədə virusun yeni növ mutasiyaya uğramış formasının aşkarlanması avro və funt sterlinqin ucuzlaşmasına səbəb olub. Belə bir şəraitdə güvənli liman maliyyə aləti rolunu oynayan dollar və qızıla olan tələb də artmışdır.
Amerika sessiyasında yenidən dəstək görən EURUSD və GBPUSD məzənnələrində növbəti dalğalanma, gələcək qlobal iqtisadi vəziyyətin qiymətləndirilməsindən asılı olacaqdır.
AVRO 1.21 HƏDLƏRİNDƏ
EURUSD valyuta cütlüyünə H1-də nəzər yetirdikdə, qiymətin 1.2120 hədlərində dəstək görərək, bahalaşdığının şahidi oluruq. Təhlillərə əsasən 1.2273 səviyyəsini qırılarsa, ondan sonra kəsilə biləcək növbəti hədəfləri 1.2334 və 1.2414 səviyyələri ola bilər.
FUNT KƏSKİN UCUZLAŞDI
“COVID”-in yeni növ mutasiyaya uğramış forması aşkarlanması xəbərindən sonra cari ticarət həftəsinin ilk günündə kəskin ucuzlaşan GBPUSD cütlüyü 1.3184 həddində dəstək görərək yenidən bahalaşmışdır. 1.3456 səviyyəsi də qırılarsa, artımlar 1.3520 və 1.3582 hədlərinə qədər davam edə bilər.
QIZILDA ARTIM TEMPLƏRİ QORUNUR
Qızılın qrafikinə H1-də nəzər yetirdikdə, qiymətin 1855$-da dəstək görərək, bahalaşdığının şahidi oluruq. Qiymət əgər 1886.90$ səviyyəsini qırarsa, növbəti hədəfləri 1900$ və 1916.20$ səviyyələri ola bilər.
Qeyd etmək lazımdır ki, bu gün Bakı vaxtı ilə saat 11:00-da İngiltərədə, saat 17:30-da isə Amerikada iqtisadi inkişaf səviyyəsi göstəricilərinin açıqlanması da investorların diqqət mərkəzindədir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
36 d. əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
-
37 d. əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 45 d. əvvəl
-
1 saat əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
2 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
3 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ən çox oxunanlar
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir





























