“Rabitəbank” ilk rübü qazancla bağlayıb
“Rabitəbank” ASC 2017-ci ilin 1-ci rübünü 450 min manat mənfəətlə başa vurub.
Azərbaycanın bank sektorunda aparıcı mövqelərdən birini tutan “Rabitəbank” ASC 2017-ci ilin 1-ci rübünü mənfəətlə başa vurub.
Bankdan “Marja”ya daxil olmuş məlumata görə, bankın aktivləri 31 mart 2017-ci il tarixinə ilin əvvəli ilə müqayisədə 17% artaraq 499,5 mln. manat təşkil etmişdi. Muştərilərin depozit həcmi 24 % artaraq 352,6 mln. manat təşkil etmişdir. Bankın məcmu kapitalı 61,9 mln. manat təşkil etmişdir.
Cari ilin birinci rübü ərzində bankın xalis faiz gəlirləri 2,4 mln manat , xalis qeyri-faiz gəlirləri isə 2,7 min manat təşkil etmişdir.
Bank 2017-ci ilin 1-ci rübü ərzində plastik kart infrastrukturunu möhkəmləndirərək aktiv plastik kart hesab istifadəçilərinin sayını 42780-ə, ATM şəbəkəsini isə 58 ədədə çatdırmışdır.
Bank həmçinin cari ilin 1-ci rübü ərzində 49 min ədəd olmaqla 30 mln. manat həcmində surətli pul köçürməsini və 65 min ədəd olmaqla 2,8 mln manat həcmində kommunal odənişi müştəriləri üçün həyata kecirmişdi.
Hazırda Rabitəbank-da 146 min-dən çox hüquqi şəxs və fiziki şəxslərdən ibarət müştəri xidmət olunur, həmçinin bankda 597 nəfər təcrübəli və ixtisaslı peşəkar heyət çalışmagdadı.
1993-cü ildə yaradılan Rabitəbank ASC qısa zaman ərzində fəaliyyət istiqamətini genişləndirərək ölkənin iri bankları arasında öz mövqeyini qoruyub saxlamağa nail olub. Bu gün Bank 22 filial və 1 şöbədən ibarət geniş filial şəbəkəsilə Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Gəncə, Şəmkir, Şirvan, Şəki, Naxçıvan, Şamaxı, Kürdəmir, Ağsu, Masallı və Ağcabədi daxil olmaqla ölkənin 15 regionunda müştərilərinə xidmət göstərir. Uzun müddətli təcrübə vəgeniş müştəri bazası ilə bank gələcək inkişafı üçün də etibarlı bünövrə yarada bilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
30 d. əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
- 2 saat əvvəl
-
-
4 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
4 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
7 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 7 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Çin valyuta ehtiyatlarında 2,5% azalma
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb























