Azercell LTE şəbəkəsinin əhatə dairəsini 85%-ə çatdırıb
“Azercell Telekom” ötən ilin əvvəlindən etibarən ölkəmizdə LTE şəbəkəsinin təkmilləşdirilməsi layihəsini uğurla həyata keçirməkdədir. Bu müddət ərzində Azercell şəbəkənin əhatə dairəsinin kifayət qədər genişlənməsinə, abunəçilərini təkcə paytaxtda deyil, regionlarda da keyfiyyətli xidmətlə təmin etməyə nail olub. Rəqəmlər də bunu sübut edir.
Şirkətin yaydığı məlumata görə, 2019-cu il yanvarın 1-dən bu il noyabrın 1-dək Azərbaycanda Azercell-in LTE şəbəkəsinin əhali əhatə dairəsi 35.9%-dən 85%-ə yüksəlib. Bu müddət ərzində LTE üzərindən çalışan baza stansiyalarının sayı da sürətlə artırılıb. Belə ki, bu texnologiya üzərindən çalışan ümumi radio baza stansiyalarının sayı 828-dən 2616-ya yüksəlib. Təkcə 2020-ci ilin 10 ayı ərzində 721 belə stansiya istifadəyə verilib.
Azercell-in LTE şəbəkəsinin coğrafi əhatə dairəsi isə 2019-cu ilin yanvar ayından cari ilin 1 oktyabr tarixinə kimi 30.3%-dən 69.5%-ə çatdırılıb. Xüsusilə regionlarda görülən işlər sayəsində ölkə üzrə LTE şəbəkəsi daha da genişləndirilib. Bura həmçinin müzəffər Ordumuzun rəşadəti sayəsində işğaldan azad edilmiş bölgələr də daxildir. “Azercell Telekom” MMC işğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturun, eləcə də Qarabağın tacı sayılan Şuşada dördüncü nəsil LTE mobil stansiyalarının quraşdırılmasına başlayan ilk şirkətdir.
Azercell artıq bölgələrdə LTE texnologiyası üzrə datanın ötürülmə sürətinə, informasiyanı yükləmə müddətinə və video materialların daha yüksək keyfiyyətlə ötürülməsi parametrlərinə görə ölkənin digər mobil operatorlarından üstün olduğunu təsdiqləyib. Bunu “Systemics” Avropa şirkətinin ötən il Azərbaycanda keçirdiyi müstəqil bençmarkinq testinin nəticələri təsdiqləyib. Dünya miqyaslı telekommunikasiya şirkəti olan Ericcson-un apardığı bençmarkinq araşdırmaları da LTE şəbəkəsinin sürətinə görə Azercell-in “Öz sinfində” (“Best in class”) ən yaxşı operatorlardan biri olduğunu sübut edib.
LTE şəbəkəsinin keyfiyyətinin yaxşılaşdırılması işləri Bakıda da həyata keçirilir. Xüsusilə, Bakı metropolitenində də sürətli mobil internetin əlçatan olması üçün tunellərdə təkmilləşdirmə işləri aparılır, LTE şəbəkəsinin genişləndirilməsi tam sürətlə davam edir. Layihə çərçivəsində metronun 8 stansiyasında işlər artıq yekunlaşıb. Bununla yanaşı, metro stansiyalarında LTE-Daşıyıcı Birləşdirmə sistemi də aktivləşdirilib ki, bu da metro açıldıqdan sonra sərnişinlərin yüksək sürətli internetdən istifadəsini təmin edəcək.
LTE şəbəkəsinin təkmilləşdirilməsinin məqsədi abunəçilərin gündəlik rabitə ehtiyaclarını operativ və daha keyfiyyətli şəkildə ödəməkdir. Azercell-in təqdim etdiyi LTE xidmətində böyük irəliləyişlər olduğundan, şəbəkədən istifadəçi sayı əhəmiyyətli dərəcədə yüksəlməkdədir.
Hazırda şirkət tərəfindən bütün ölkə boyu internet trafikin yüksək keyfiyyətinin təmin edilməsi və artırılması istiqamətində lazımi texniki tədbirlər həyata keçirilir. Azercell bütün Azərbaycan ərazisini müasir mobil şəbəkə ilə əhatə etməyə, abunəçilərini fasiləsiz rabitə və innovativ xidmətlərlə təmin etməyə hazırdır.
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
44 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 47 d. əvvəl
-
-
52 d. əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
57 d. əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
5 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb

























