"Bu evi SOCAR sökməyib"
Sosial şəbəkələrdə neft mədəni ərazisində şəhid ailəsinə məxsus tikilinin guya SOCAR əməkdaşları tərəfindən sökülməsinə dair videogörüntü yayılıb. Videodan məlum olur ki, ev sahibindən tikintiyə icazə verilməsi üçün kimlərsə pul istəyib, o isə həmin pulu vermədiyi üçün taxta materiallardan istifadə edilərək tikdiyi ev sökülüb.
Məsələ ilə bağlı ətraflı məlumat almaq üçün neft sənayesi obyektləri və mədən ərazilərini mühafizə edən SOCAR-ın Təhlükəsizlik İdarəsi ilə əlaqə saxladıq. İdarənin müşaviri Səbuhi Şəldiyev bildirdi ki, videoda bəhs olunan tikili SOCAR tərəfindən sökülməyib:
“SOCAR-ın Təhlükəsizlik İdarəsi neft kəmərlərinin mühafizə zonasında, neft mədəni ərazilərində xidmət aparır və qanunsuz tikililərə qarşı da mübarizə aparır. Qüvvədə olan normativ-hüquqi aktlara əsasən neft kəmərlərindən hər iki istiqamət üzrə minimum 50 metr, neft quyularından isə 300 metr məsafədə hər hansı şəxsi tikinti işlərinin aparılması qadağandır. Qanunla müəyyən edilmiş bu mühafizə zonaları boru xəttləri, habelə neft quyuları kimi mühüm strateji əhəmiyyətli obyektlərin təhlükəsizliyinin təmin olunması, zəruri hallarda müvafiq təmir-bərpa işlərinin aparılması, ən əsası isə vətəndaşların təhlükəsizliyinin qorunması baxımından həyati əhəmiyyət kəsb edir. Lakin bir sıra hallarda neft sənayesinə aid torpaqlar zəbt edilərək qanunsuz tikinti işləri aparılır. Bu cür hallarla qarşılaşdıqda həmin tikililərin sökülməsinə dair müvafiq addımlar atılır. Lakin sözügedən videodakı ərazi SOCAR-ın balansında olan ərazi deyil və həmin tikili SOCAR əməkdaşları tərəfindən söklüməyib”.
Səbuhi Şəldiyev həmçinin əlavə etdi ki, SOCAR-da şəhid ailələrinə, müharibə veteranlarına, qazilərə xüsusi diqqət göstərilir, onlara qarşı daim hörmət nümayiş etdirilir. SOCAR-da minlərlə şəhid ailəsi, müharibə veteranı çalışır. Təkcə II Qarabağ müharibəsində 500-dən çox SOCAR əməkdaşı torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edib. Onların arasında yaralanan, şəhid olan əməkdaşlarımız da var: “Lakin bəzi saxtakarlar Qarabağ qazilərinə, şəhid ailələrinə göstərilən dərin hörmət hissindən sui-istifadə etməyə çalışır, qanunsuz tikinti işlərinə göz yumulmasını tələb edirlər. Dəfələrlə özünü Qarabağ qazisi kimi təqdim edən şəxsləri araşdırarkən onların əslində müharibədə iştirak etmədiyi, sadəcə bu addan istifadə etdikləri məlum olub. Ona görə də şəhid ailəsi, qazi adından istifadə edən saxtakarlar ifşa edilməli, qınanmalıdır.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 6 d. əvvəl
-
43 d. əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
57 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 30-da gözlənilən hava şəraiti
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Ən çox oxunanlar
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı



















