“Ziraat Bank Azərbaycan” Yığım Əmanəti məhsulunu təqdim edir!
(®️) “Ziraat Bank Azərbaycan” müştərilərinin rahatlığını düşünərək, həmçinin müştəri tələblərini nəzərə alaraq yeni “Ziraat Yığım Əmanəti” məhsulunu təqdim edir.
“Ziraat Yığım Əmanəti” məhsulu, müştərilərə vəsaitlərini rahat şəkildə yığmağa imkan yaradır. Belə ki, bu məhsulun digər müddətli əmanət məhsullarından əsas fərqi odur ki, əmanət hesabının balansı müştəri tərəfindən vaxtaşırı artırıla bilər. Bu da müştərilərə planlı şəkildə pul vəsaitlərini əmanət hesablarına yerləşdirərək yığımlarını artırmağa, həmçinin yığımlarından faiz qazancı əldə etməyə imkan yaradır.
Bu əmanət növündə müştəri vəsaitini istədiyi vaxt artıra bilər.
Məhsulun özəllikləri aşağıda qeyd olunan kimidir:
- Əmanət müddəti maksimum 12 aydır.
- Əmanət hesabının balansını müddətin ilk 9 ayına qədər artırmaq mümkündür.
- Əmanətin minimal məbləği 1000 AZN/USD (Bir min Azərbaycan manatı/ABŞ Dolları) təşkil edir, maksimal məbləğə dair tələb yoxdur.
-Minimum artırılma məbləği 50 AZN/USD(Əlli Azərbaycan manatı/ ABŞ Dolları) təşkil edir.
- Faizlər əmanət müddətinin sonunda ödənilir.
-Əmanətin əsas məbləği və yığılmış faizlər müştərinin cari hesabına köçürülərək ödənilir.
- Əmanət müddəti bitdikdə avtomatik olaraq eyni şərtlərlə, eyni müddətə, ancaq həmin gün Bankda qüvvədə olan faiz dərəcəsi ilə yenilənir.
Əlavə olaraq, “Ziraat Bank Azərbaycan” ASC Türkiyənin 157 illik tarixə malik Ziraat Maliyyə Qrupunun törəmə Bankı olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərməkdədir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsullar və xidmətlər təklif edən “Ziraat Bank Azərbaycan” ASC-nin ölkə ərazisində Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən 5 filialı mövcuddur. Bank məhsulları və xidmətləri haqqında ətraflı məlumatı *9229 Məlumat Mərkəzinə zəng edərək, www.ziraatbank.az saytına daxil olaraq və ya Bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 4 d. əvvəl
- 7 d. əvvəl
- 9 d. əvvəl
-
6 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 6 saat əvvəl
-
7 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
7 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ






.jpg)
















.jpg)