Türk Lirəsi yenidən ucuzlaşır - DOLLAR 8 LİRƏYƏ YÜKSƏLDİ
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) ötən həftə faizini 4,75 bənd artıraraq 15%-ə yüksəltməsinə baxmayaraq yenidən Türk Lirəsi ucuzlaşır.
Marja xəbər verir ki, dünən Dollar qarşısında 3%-dən çox ucuzlaşmış Türk Lirəsi bu gün səhər 1% də dəyərdən düşüb. Bakı vaxtı ilə saat 14:08-də Dollar/TL məzənnəsi 8.0470 səviyyəsini görüb.
Ötən həftə Mərkəzi Bankın faiz qərarından sonra Dollar/TL məzənnəsi 7.6381 səviyyəsinədək düşmüşdü.
Məzənnədə bir illik əməliyyat aralığı 8.5393 - 5.7001 səviyyələri arasındadır.
Yerli sərmayəçilər ötən həftə faiz qərarından sonra TL-nin dəyər qazanmasını (dolların ucuzlaşmasını) valyuta və qızıl aktivlərini artırmaq üçün bir fürsət olaraq qiymətləndiriblər. Yerlilər xarici valyutadakı əmanətlərini təxminən 1.6 milyard dollar artıraraq 225.8 milyard dollara çatdırıblar (rekord səviyyə).
Analitiklər bildirirlər ki, indi ən böyük sual yerlilərin lirə mövqelərini daha da artırıb artırmayacaqlarıdır. Bu trend eyni zamanda dolar/TL məzənnəsinin 7.53 səviyyəsindən aşağı enib enməyəcəyinin də cavabını verəcək.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
-
21 d. əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib






















