Zavodda 950 nəfər çalışırdı, məhsulları 125 şəhərə göndərilirdi...
Ağdam rayonunun dağıdılmış infrastrukturunun yenidən bərpasına ehtiyac varİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən MArja-ya daxil olmuş məlumatda bildirilir ki, Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Yuxarı Qarabağ regionuna daxil olan Ağdam rayonu 1930-cu il avqustun 8-də yaranıb. Rayonun mərkəzi olan Ağdam şəhəri Bakıdan 362 km məsafədə yerləşir. Rayonun ümumi sahəsi 1.15 min km2-dir və rayonda 1 şəhər, 2 qəsəbə (Quzanlı, Açarlı) 123 kənd vardır. Dövlət Statistika Komitəsinin məlumatına görə, Ağdam rayonunun əhalisi 204000 (01 yanvar 2020-ci il tarixə) nəfər, rayonunun işğal olunmayan kəndlərində yaşayan əhalinin sayı isə 46569 nəfər təşkil edir.
Ağdam ağır, yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik rayondur. Rayon ərazisinin 1700 hektarı meşəlik, 91.3 hektar sahə isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarətdir. Kənd təsərrüfatı əsas bitkiçilik məhsullarının istehsalında ilk yerdə tərəvəz – 103 ton, daha sonra dənli və dənli paxlalılar- 53 ton (o cümlədən buğda- 45 ton) və şəkər çuğunduru – 20 ton olmaqla qərarlaşıb (2018-ci il statistika məlumatlarına əsasən). Digər bitkiçilik məhsullarından isə pambıq, üzüm, meyvə və giləmeyvə, dən üçün günəbaxan, kartof və bostan məhsullarını göstərmək olar. Kənd təsərrüfatının heyvandarlıq məhsullarının istehsalında ət, süd, yumurta və yun məhsullarının payı geniş vüsət almış və xüsusilə isə süd məhsullarının üstünlüyü 36 ton olmaqla nəzərə çarpır (həmin ilin 1-i yanvar vəziyyətinə olan mal-qara və quşların sayı nəzərə alınmaqla).
Ağdamda dəzgah avadanlıqları, aerkosmik və rabitə cihazları və s. istehsal olunurdu. Ağdam rayonunda traktor və avtomobil təmiri, asfalt, konserv, yağ – pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları emalı ilə bağlı müəssisələr var idi. Həmçinin, 39 tikinti təşkilatı, 29 kənd təsərrüfatı müəssisəsi, 27 sənaye müəssisəsi, 13 kolxoz və 12 sovxoz, 4 ədəd də onlara xidmət edən təşkilatlar olmuşdur. Xüsusən də Ağdam Dəzgahqayırmazavodunda 950 nəfər çalışmış və bu zavodun məhsulları keçmiş SSRİ-nin 125 şəhərinə göndərilirdi. Rayonda iki dəmir yolu vağzalı və aeroport, avtomobillərə texniki xidmət stansiyaları, məişət-xidməti kombinatı, kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi müəssisəsi mövcud idi. Rayondakı Taxıl Məhsulları Kombinatı ildə 80 min ton məhsul istehsal edirdi.
Ağdam rayonunun demoqrafik göstəricilərindən: əhalisinin milli tərkibi 2009-cu il siyahıyalınmasına əsasən 99.9 faiz azərbaycanlı, digər 0.1 faizi isə rus, ləzgi, tatar, türk və s. kimi digər millətlərdəndir. Təhsil müəsisələrində təhsil alanların sayı 36.600 nəfər olmaqla əhalinin 18.1 faizini əhatə edib. Ali təhsil müəsisələrində təhsil alanların sayı isə 2431 nəfər olmaqla təhsil müəsisələrində təhsil alanların 6.6 faizini özündə ehtiva edir.
Digər sosial- iqtisadi göstəricilərinə gəldikdə isə 2018-ci il üzrə sənaye üzrə məhsulunun dəyəri 12,6 milyon manatdan ibarət olduğunu qeyd etmək mümkündür (müvafiq ilin qüvvədə olan faktiki qiymətləri ilə). Ticarət və iaşə xidmətlərindən pərakəndə ticarət dövriyyəsinin çəkisi 43.3 milyon manat olmaqla ümumi ölkə üzrə dövriyyədə xüsusi çəkisi 0.12 faiz olduğu statistikanın məlumatlarına əsasən söyləyə bilərik.
Ağdam rayonun işğaldan azad edilməsi ilə yeni iqtisadi təşəbbüsləri özündə canlandırır. Rayon ərazisi bitkiçilik və heyvandarlıq üzrə fermer təsərrüfatlarının və aqroparkların yaradılması, sənaye məhəlləsinin formalaşdırılması, müalicəvi və idman turizminin inkişafı istiqamətində geniş perspektivləri özündə əks etdirir. Ağdam rayonu ticarət mərkəzinin də formalaşması üçün unikal perspektivə malikdir. Topdan və pərakəndə ticarət məntəqələrinin fəaliyyətə başlaması ilə rayon əhalisinin geniş məşğulluğunu təmin etmək mümkündür. Habelə, rayon ərazisi tikinti materiallarının istehsalı ilə əlaqədar keçmiş təcrübəyə malikdir. Şahbulaq yüksəkliyində yerləşən daş karxanasının işinin bərpa edilməsilə sözügedən sektorda canlanmanı bərpa etmək olar.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 38 d. əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 9 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Ən çox oxunanlar
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
























