Oktyabrda Azərbaycandan pomidor ixracı yenidən artmağa başlayıb
10 ayda Azərbaycana pomidor ixracından 173 milyon dollardan çox valyuta daxil olub.2020-ci ilin 10 ayı ərzində Azərbaycandan 173 milyon 82 min dollar dəyərində 160 min 269 ton pomidor ixrac edilib.
Marja Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ötən ilin 10 ayı ilə müqayisədə 2020-ci ilin 10 ayında pomidor ixracı dəyər ifadəsi ilə 17,2%, miqdar ifadəsi ilə 14,8 % artıb. Xatırladaq ki, 2019-cu ilin 10 ayında Azərbaycandan 147 milyon 607 min dollar dəyərində 139 min 576 ton pomidor ixrac edilmişdi.
Pomidor ixracının böyük hissəsi yanvar-iyul dövründəki ixrac ilə bağlıdır.
2020-ci ilin oktyabr ayında Azərbaycandan 5 milyon 216 min dollarlıq 5 min 289 ton pomidor ixrac edilib.
Qeyd edək ki, Avqustda xaricə cəmi 493 min dollar dəyərində 591 ton, Sentyabr ayında isə cəmi 763 min dollar dəyərində 861 ton pomidor ixrac edlmişdi.
2019-cu ilin 12 ayı ərzində Azərbaycandan 174 min 548 ton pomidor ixrac edilərək 189 milyon 292 min dollar valyuta gəliri əldə edilmişdi. Azərbaycandan ən çox pomidor Rusiyaya göndərilir.
Marja.az Telegramda: https://t.me/marjaaz
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















