“Azərsun Holdinq” “Hər Şey Vətən Üçün” deyir!
(®️) Müzəffər ordumuzun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımız azad olunub, Azərbaycan əsgəri üçrəngli şanlı bayrağımızı doğma yurdlarımızda zirvəyə sancıb. Nəticədə ordumuz qarşısında aciz qalan düşmən döyüşlərin getdiyi ərazilərdən kilometrlərlə uzaqda olan, dinc əhalini atəşə tutaraq onların zərər çəkməsinə səbəb olub. İllərdir ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan və xalqımızın yanında olan “Azərsun Holdinq” yenə də ənənəsinə sadiq qalaraq bu istiqamətdə də müxtəlif layihələr həyat keçirir.
Bu dəfə şirkətlər qrupu Gəncə şəhəri İcra Hakimiyyəti və Tərtər rayonu icra hakimiyyətinin təşkilatçılığı ilə adıçəkilən bölgələrdə düşmən atəşi nəticəsində zərər çəkmiş 500-dən artıq ailəyə ərzaq yardımı etdi, 250-dən çox evini itirmiş insanı uşaq geyimləri daxil olmaqla geyim dəstləri ilə təmin etdi.
Qeyd edək ki, hərbi əməliyyatların başladığı ilk günlərdə “Azərsun Holdinq” Silahlı Qüvvələrə Dəstək Fonduna 1 milyon manat ianə edib.
Bununla bərabər adıçəkilən Şirkətlər Qrupunun 700-ə yaxın əməkdaşı ordu sıralarına qoşularaq Vətən müharibəsində iştirak edib.
“Azərsun Holdinq” tərəfindən 40 texnika Silahlı Qüvvələrin sərəncamına verildi, ərzaq məhsullarının saxlanılması şəraitinin yaxşılaşdırılması və anbar sahələrinin genişləndirilməsi məqsədilə Şirkətlər Qrupu öz hesabına, ümumi sahəsi 1080 m2 olan 3 qida anbarı inşa edərək əvəzsiz şəkildə Müdafiə Nazirliyinin balansına keçirib. İllərdir düşmən işğalında olan torpaqlar, rəşadətli ordumuz tərəfindən yenidən düşmən tapdağından azad olunduqdan sonra bu bölgələrdə aparılan, infrastruktur yenidənqurma işlərində “Azərsun Holdinq” də tikinti, quruculuq işləri üçün nəzərdə tutulmuş xüsusi texnikalarla dəstək verir.
“Azərsun Holdinq” hər zaman Ali Baş Komandan İlham Əliyevin, xalqımızın və Azərbaycan əsgərinin yanında olacaq, istər maddi, istərsə də mənəvi dəstəyini əsirgəməyəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)







.jpg)








