Trumpın uzun müddətdir gözlənilən vergi planı açıqlanıb
ABŞ Prezidenti Donald Trumpın baş iqtisadi müşaviri Gary Cohn və ABŞ-ın xəzinə naziri Steven Mnuchin yeni vergi planını açıqlayıblar.
"Marja" xəbər verir ki, Cohn və Mnuchin Çərşənbə günü etdiyi açıqlamada, hakimiyyətin aparacağı vergi islahatında mənfəət vergisinin 35%-dən faiz 15%-ə endirəcəklərini bildiriblər.
Eyni zamanda, ABŞ şirkətlərinin xarici ölkələrdəki təqribən 2.6 trilyon dollar böyüklüyündəki mənfəətlərinə birdəfəlik vergi tətbiq olunacaq.
Trumpın vergi planına görə, şirkətlər xaricdə əldə etdikləri mənfəətlərini, xarici mənfəətlərin ən çox ABŞ vergilərindən azad olduğu bir regional vergi sisteminə gətirilsə, vergiyə tabe olmayacaq. Mövcud vəziyyətdə, ABŞ şirkətləri mənfəətlərini harada qazanmış olursa olsun vergi tətbiq edilir.
Təklifdə digər tərəfdən, fərdlər üçün gəlir vergisi dərəcələri yeddidən üçə endirilir. Daha əvvəl 10 faiz, 15 faiz, 25 faiz, 28 faiz, 33 faiz, 35 faiz və 39.6 faiz olan bu dərəcələr, 10 faiz, 25 faiz və 35 faiz olaraq müəyyənləşdirilib.
Ağ Evdən verilən açıqlamada, endirimlər ABŞ tarixindəki "ən böyük vergi endirimi" kimi qiymətləndirilib.
ABŞ-da evli bir cütlük gəlirlərinin ilk 24 min dollarlıq hissəsi üçün vergi ödəməyəcək. ABŞ-da mövcud vəziyyətdə güzəşt, subay vergi ödəyiciləri üçün 6 min 300 dollar, evli vergi ödəyiciləri üçün 12 min 600 dollar səviyyəsindədir.
Cohn, layihədə həmçinin kapital və dividend gəlirlərinə tətbiq olunan ən yüksək vergi nisbətinin 28%-dən 20%-ə endirilməsinin yer aldığını bildirib.
Layihə ilə miras vergisinin ləğvi olduğuna diqqəti çəkən Cohn, ipoteka krediti faizi və ianələr xaricindəki bütün vergi stimullarının da ləğv edəcəyini söyləyib.
Mütəxəssislər, vergi islahatına dair, layihədəki maddələrin Donald Trumpın seçki kampaniyasında vəd etdikləri ilə böyük miqdarda üst-üstə düşdüyü şərhini edirlər.
Layihənin qanuniləşməsi üçün ABŞ Nümayəndələr Palatası və Senatdan keçməsi lazımdır. Demokratların qarşı çıxması ehtimal olunan layihəyə Respublikaçı vəkillərin necə reaksiya verəcəyi maraq edilir.
CAVABSIZ QALAN SUALLAR
Mnuchin və Cohn, çıxışlarının ardından jurnalistlərin yeni vergi islahatı layihəsinə dair suallarını cavablandırıblar.
Şirkətlərin xaricdəki mənfəətlərini ölkəyə geri gətirmələri vəziyyətində birdəfəlik alınacaq verginin dərəcəsinin hansı səviyyədə olacağı barədə suala, Mnuchin, "ABŞ Nümayəndələr Palatası və Senat ilə bu məsələ üzərində çalışırıq, ancaq trilyonlarla dolları geri gətirəcək çox rəqabətə davamlı bir faiz olacağını deyə bilərəm" cavabını verib.
Mnuchin və Cohn, təklif etdikləri vergi islahatının büdcə baxımından neytral olub-olmayacağı, Trump və ailəsinin ödəyəcəkləri vergi məbləğlərinə necə təsir göstərəcəyinə dair sualları da cavablandırmaqdan yayınıblar.
BİRJALAR DÜŞDÜ
Nyu-York Birjası, ABŞ Prezidenti Donald Trump hökumətinin vergi islahatı layihəsini açıqlamasının ardından günü yüngül geriləmə tamamlayıb.
Vergi islahatı lyihəsinin açıqlamasında detallara girilməməsinin bazarlarda bir qədər məyusluq yaratdığı bildirilir.
Yekunda, Dow Jones Sənaye İndeksi 21.03 bənd (0.10 faiz) azalma ilə 20975.09 bəndə, Standard & Poor's 500 İndeksi 1.16 bənd (0.05 faiz) azalma ilə 2,387.45 bəndə enib. Nasdaq Texnoloji İndeksi də 0.27 bənd dəyər itkisilə 6025.23 bənddən günü başa çatdırıb.
Vergi islahatı layihəsi ilə əlaqədar ətraflı detal verilmədiyinə işarə edən mütəxəssislər, bu səbəbdən investorların layihəni zəif gördüyü və Birjada satışlar olduğunu bildiriblər.
Dollar da zucuzlaşıb. Avro Dollar məzənnəsi 1.09 səviyyəsini yenidən keçərək 1.0911-ə qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 27 d. əvvəl
- 47 d. əvvəl
-
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Subasma nəticəsində 18 135 AZN zərərə uğramış mənzilin xərci qarşılanıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
2 saat əvvəl
Neft Trampın İrana təhdidlərini artırmasından sonra yenidən bahalaşıb
- 3 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
“İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər”
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Un istehsalçılarının topdansatış qiymətləri açıqlanıb
“AzInTelecom” IV Vergi və Mühasibatlıq Zirvəsində - VİDEO
Premium Bank 3 mühüm nominasiya üzrə mükafatlandırılıb
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
Ən çox oxunanlar
“Qaradağ Tikinti Materialları”na yeni investorların cəlb edilməsi, fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur
15 tələbə Azercell-dən təqaüd qazandı
“İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər”
İran ABŞ-ın atəşkəs təklifini rədd edərək münaqişənin birdəfəlik dayandırılmasını tələb edib
10 nəfərdən ibarət komandası olan şirkət 400 milyon dollara satıldı
Bakı Fond Birjası listinq qaydalarını yenilədi - ƏSAS DƏYİŞİKLİKLƏR
Unibank IV Vergi və Mühasibatlıq Zirvəsinə dəstək verib


















