Maliyyə bazarlarında son vəziyyət - 09.11.2020
EUR
Beynəlxalq valyuta birjalarında Amerika iqtisadiyyatı fonunda qeyri-müəyyənliyin artması ilə dolların aparıcı valyutalara nisbətən ucuzlaşması, özünü EURUSD məzənnəsinin bahalaşmasında da göstərməkdədir. Təhlillərə əsasən, avro 1.1850$-ın üzərində qaldıqca, 1.1965$-a kimi də bahalaşa bilər.
Bununla yanaşı, cümə axşamı Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq Amerikadan inflyasiya göstəriciləri də investorların diqqət mərkəzində olacaqdır.
GBP
GBPUSD məzənnəsi də bahalaşmaqdadır və 1.3090$-ın üzərində qalan məzənnənin 1.3292$-a kimi də bahalaşacağı proqnozlaşdırılır.
Bununla yanaşı, Breksit ticarət sazişi müzakirələrinə dair açıqlamalar da önəmli rol oynayır.
TRY
USDTRY məzənnəsi də 8.58TL ilə maksimumumunu yenilədikdən sonra ucuzlaşmağa başlayıb və 8.31TL-nin qırılması ilə 8.12TL-ə kimi də ucuzlaşa bilər.
Cümə günü saat 11:00-da Türkiyədən pərakəndə satış dövriyyəsi ilə bağlı dərc ediləcək önəmli statistik göstəricilər də investorlar tərəfindən böyük maraqla gözlənilir.
OIL
Foreks bazarlarında dollar ucuzlaşmaqda davam edərsə, bu, enerji bazarlarında neftin də bahalaşmasına səbəb ola bilər. Beləliklə, bir barel Brent neftinin qiyməti 40.67$-ı da qırarsa, 41.46 və 42.36$-a kimi dəyər qazana bilər.
Cümə axşamı saat 20:00-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə göstəricilər də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
Əlvan metallar bazarlarında da qızılın qiyməti dəyər qazanmaqdadır və 1973$-ın (63.4 $/qram) qırılması ilə 1989$-a (64 $/qram) kimi də bahalaşcağı proqnozlaşdırılır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 23 saat əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























