Unibank şəhid ailəsini himayəsinə götürdü
Şəhidlik zirvəsinə yüksəlməzdən az öncə çəkdiyi videosu ilə bizi kövrəldən, cəsurluğu ilə qürurlandıran, qəhrəmanlığı ilə fəxarətləndirən Şahin Allahyarovla bu gün təkcə ailəsi deyil, bütün Azərbaycan fəxr edir.
https://www.youtube.com/watch?v=A7zWJ9B1pF0
Unibank torpaqlarımızın düşməndən azad olunması uğrunda canından keçmiş şəhidimiz Quba rayonu, Zizik kənd sakini Allahyarov Şahin Hüseynbala oğlunun ailəsini himayəyə götürüb.
Unibank rəhbərliyinin bu qərarı haqda şəhidimizin ailəsinə məlumat verilib. Yaxın aylarda dünyaya gələcək, igid atasının adını daşıyacaq balaca Şahin 18 yaşınadək Unibankın himayəsində olacaq. 18 il ərzində şəhid övladının aylıq təminat xərcləri və ali məktəbə qəbul olunduğu halda 4 illik universitet xərcləri bank tərəfindən qarşılanacaq. Ali məktəbi bitirdikdən sonra şəhid övladının istədiyi təqdirdə Unibankda işlə təminatı da həyata keçiriləcək.
Onlar Azərbaycan bütövləşsin, daha da qüdrətlənsin, torpaqlarımız işğaldan azad olunsun, bizlər, övladlarımız Vətənimizdə daha xoşbəxt yaşayaq deyə, Şəhid oldular. Onlar torpaqlarımıza sahib çıxdılar- biz bu torpaqlarda daha firavan yaşayaq deyə! Biz isə onların ailələrinə, övladlarına sahib çıxmalıyıq- onlar öz məzarlarında rahat uyusun deyə! Onlar öz qəhrəmanlıqları ilə bizə ölkəmizin ərazi bütövlüyünü miras qoyub gedirlər, bizim borcumuz qəhrəman şəhidlərimizin övladlarını atalarının miras qoyduğu azad, bütöv Azərbaycanda xoşbəxt, qayğısız yaşatmaqdır!
Rahat uyu şəhidimiz, uğruna canını fəda etdiyin xalqın daim ailənin, övladlarının yanında olacaq!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur




.jpg)
.jpg)





.jpg)






