“Ziraat Bank”dan Azərbaycana daha bir dəstək - KOMİSSİYASIZ OLACAQ!
(®️) “Ziraat Bank Azərbaycan”nın təşəbbüsü ilə Türkiyədən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna həm fiziki, həm də hüquqi şəxslər tərəfindən edilən bütün köçürmələr kommisiyasız olacaq.
Məqsəd həssas günlərdə qardaş ölkəyə dəstək olmaqdır.
Artıq Türkiyə Respublikasında yaşayan həmvətənlərimiz, eləcə də Türkiyə vətəndaşları ordumuza yardımlarını asan şəkildə icra edəcəklər. Bunun üçün Türkiyə Ziraat Bankının bütün filiallarına müraciət edə bilərlər.
Xatırladaq ki, bundan əvvəl də Türkiyənin Ziraat Maliyyə Qrupunun törəmə Bankı olaraq “Ziraat Bank Azərbaycan” Azərbaycan Ordusuna dəstək olmaq üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yardım Fonduna 100 000 (bir yüz min) manat məbləğində birdəfəlik yardım ayırıb.
Hər zaman Azərbaycanın yanında olan Türkiyəyə və türk millətinə göstərdiyi etimada görə təşəkkür edirik!
Biz birlikdə güclüyük!
Bu barədə ətraflı məlumatı *9229 Məlumat Mərkəzinə zəng edərək, www.ziraatbank.az saytına daxil olaraq və ya Bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiz.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 8 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
























