“Günay Bank”ın əməliyyat mənfəəti artıb
“Günay Bank” ASC 2020-ci ilin 9 ayı üzrə maliyyə göstəricilərini açıqlayıb. Bankın xalis mənfəəti mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmanın artması ilə əlaqədar olaraq azalsa da, biznes fəaliyyətinin nəticəsini daha həqiqi əks etdirən əməliyyat mənfəəti artıb.
GƏLİRLƏRİ ARTIB, XƏRCLƏRİ AZALIB
Marja xəbər verir ki, 2020-ci ilin 9 ayı ərzində Günay Bankın cəmi əməliyyat gəlirləri 14 milyon 661 min manat, cəmi əməliyyat xərcləri 12 milyon 331 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 2 milyon 330 min manat əməliyyat mənfəəti yaranıb. Bank əməliyyat mənfəətin 2 milyon 83 min manatını mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırdığından cari ilin 9 ayını 247 min manat xalis mənfəət ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin 9 ayında Günay Bankın cəmi əməliyyat gəlirləri 14 milyon 295 min manat, cəmi əməliyyat xərcləri 12 milyon 503 min manat, əməliyyat mənfəəti 1 milyon 792 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətin 780min manatını mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırdığından ötən ilin 9 ayını 1 milyon 12 min manat xalis mənfəət ilə bağlamışdı.
“Günay Bank” ASC-nin faiz gəlirləri artıb, eyni zamanda faiz xərcləri azalıb. Ötən ilin 9 ayında 8 milyon 903 min manat təşkil etmiş faiz gəlirləri cari ilin 9 ayında 9 milyon 650 min manat təşkil edib. Bankın faiz xərcləri isə 6 milyon 579 min manatdan 5milyon 870 min manata düşüb.
Günay Bankın qeyri-faiz gəlirləri azalıb, eyni zamanda qeyri-faiz xərcləri artıb. Bankın qeyri-faiz gəlirləri 5 milyon 392 min manatdan 5 milyon 12 min manata düşüb, qeyri-faiz xərcləri isə 5 milyon 924min manatdan 6 milyon 461 min manata yüksəlib.
Bankın cəmi əməliyyat gəlirlərinin 366 min manat artması ilə bərabər əməliyyat xərcləri 172 min manat azalıb, nəticədə Bankın əməliyyat mənfəəti ötən ilin 9 ayı ilə müqayisədə 2020-ci ilin 9 ayında 538 min manat yüksək olub.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
2019-cu ilin sonu ilə müqayisədə Günay Bankın cəmi aktivləri 16 milyon 83 min manat və ya 7,5% artaraq 30 Sentyabr 2020-ci il tarixində 231 milyon 840 min manata çatıb. Bankın müştərilərə verdiyi kreditlər isə 20 milyon 632 min manat və ya 13% artaraq 179 milyon 548min manata yüksəlib.
Günay Bankın depozit portfeli cari ilin 9 ayında 3 milyon 605 min manat və ya 4,4% artaraq 85 milyon 174 min manata yüksəlib.
30 Sentyabr 2020-ci il tarixində Günay Bank 64 milyon 596 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq

























