“Xalq bilmir ki, pulunu hansı valyutada saxlasın”
Milli Məclisin bu gün keçirilən iclasında “Valyuta tənzimi haqqında” qanunun müzakirəsi zamanı çıxış edən Yevda Abramov icra orqanlarına irad bildirib.
Deputat bildirib ki, qanuna təklif edilən dəyişiklikdə girov məsələsini iki icra orqanı aralarında müəyyənləşdirə bilmir. Deputatın fikrincə, valyuta dəyişmə məntəqələrini ləğv etmək yox, sayını azaltmaq lazım idi.
“Ləğv etdilər ki, qaş düzəltsinlər, vurub gözü də çıxartdılar. 6000 insan burdan çörək yeyirdi. Dünyanın heç bir ölkəsində belə rahat valyuta dəyişmirdilər. Qoyun dəyişsinlər, vergi ödəsinlər, büdcəyə xeyir versinlər. Mən kimisə tənqid edəndə deyirlər ki, qərəzli danışıram. Novxanı, Bilgəh və Sahil qəsəbəsində villalarda yaşayan şəxslər qəza xidməti maşınlarında çantalarla valyuta dəyişiblər. Olmazdımı ki, elə bunu valyutadəyişmə məntəqələri edəydi və xeyri büdcəyə qalaydı. Babalarımızın, nənələrimizin “sandıq pulu” var. Xalq çaşıb qalıb. Bilmir ki, pulunu hansı valyutada saxlasın. Əslində bizi fırladırlar, xalqı fırladırlar. İmkan verin, bir düzəngaha, azadlığa çıxaq. Düzdür, mən emosional danışıram. Amma danışmayanda da olmur” – deyə, deputat bildirib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























