Ermənilərin atdığı raketin qalıqları Bakı-Novorossiysk kəmərinin keçdiyi əraziyə səpələnib
Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri raket və ağır artilleriya zərbələrinə məruz qoymağa davam edir.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, 18 oktyabr 2020-ci il tarixdə, saat 13 radələrində Ermənistan silahlı birləşmələri mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə edib Azərbaycan Respublikasının Xızı rayonunun ərazisində hərbi hədəf olmayan xam neft və kondensat ixrac edən kəmərləri hədəfə alıb.
Ermənistan silahlı qüvvələri hərbi əməliyyatlar aparılan ərazidən təxminən 300 kilometrdən artıq məsafədə yerləşən Xızı rayonu istiqamətində raket zərbələri endirməyə çalışıb, Azərbaycan Ordusunun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən havada zərərsizləşdirilməsi nəticəsində raketin içərisində olan partlayıcı hissəciklərin bir hissəsi Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığında strateji əhəmiyyətli Bakı-Novorossiysk neft kəmərinin Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsindən 250 metr məsəfəyə səpələnib.
Törədilmiş həmin cinayət nəticəsində neft ixrac edən və dağıdılması əhəmiyyətli maddi zərər vurulmasına səbəb ola bilən böyük ötürücülü xam neft və kondensat ixrac edən kəmərlər üçün təhlükəli şərait yaranmaqla infrastruktur obyektlərinə məxsus xüsusilə külli miqdarda əmlakların qəsdən məhv edilməsinə cəhd olunub.
Bununla bağlı prokurorluq əməkdaşları tərəfindən hadisə yerində zəruri istintaq tədbirləri və prosessual hərəkətlər həyata keçirilir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
























