Bakı şəhərinə çatacaq uçuş məsafəsinə malikdir
Yaşayış məntəqələrimizi hədəfə alan düşmən raketləri bölmələrimizin qabaqlayıcı zərbəsi ilə sıradan çıxarılıbOktyabrın 14-də Hərbi İnformasiya Mərkəzində Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, ölkəmizdə akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri üçün təşkil olunan brifinqdə Azərbaycan Hərbi Hava Qüvvələrinin Qərargah rəisi, general-mayor İkram Əliyev mülki əhalini hədəfə alan Ermənistan silahlı qüvvələrinə məxsus operativ-taktiki komplekslərin taktiki xüsusiyyətləri və onların imkanları barədə məlumat verib.
Brinfinqdə çıxış edən general-mayor İ.Əliyev 9K72 operativ-taktiki raket kompleksinin (OTZK) 8K14 raketi ilə birgə canlı qüvvəni, idarəetmə məntəqələrini, aerodromları və digər əsas obyektləri məhv etmək üçün təyin olunduğunu bildirib. Qeyd edib ki, bu kompleks silahlanmaya 1967-ci ildə qəbul edilib. Raketin atəş məsafəsi 50-300 kilometr, maksimal uzaqlığa uçma vaxtı 5 dəqiqə, start çəkisi 5862 kiloqram, doldurulmamış raketin çəkisi isə 2076 kiloqramdır. Uzunluğu 11 metr 164 santimetrdir. Korpusunun diametri 881 metrdir. Kompleksin ümumi çəkisi 37 ton, döyüş heyəti 8 nəfərdən ibarətdir.
Xüsusi vurğulanıb ki, 8K14 raketi reaktiv maye mühərrikli, ayrılmayan döyüş hissəli, avtonom idarəetmə və qəza partlayış sistemli ballistik raketdir. Raket fuqaslı 987 kiloqram həcmli partladıcı döyüş hissəsi ilə təchiz olunub. Həmin döyüş hissəsi bir hektara qədər ərazidə döyüş texnikasını və şəxsi heyəti məhv etməyə qadirdir. Uçuş trayektoriyasının hündürlüyü uzaq məsafəyə atılanda 86 kilometr, yaxın məsafəyə atış zamanı isə 24 kilometrdir. Uçuş vaxtı 165-313 saniyədir.
Düşmənin silahlanmasında olan taktiki və operativ taktiki raket sistemlərinin hədləri barədə fotoslaydlar əsasında məlumat verən İ.Əliyev diqqətə çatdırıb ki, oktyabrın 11-də Mingəçevir və Gəncə şəhərlərinə zərbələr endirilib. Fotoşəkillərdən də göründüyü kimi, əgər bu raket atılsaydı, o hətta Bakının da ətrafına düşə bilərdi. Burada böyük infrastrukturlar daxil olmaqla zərbə endirilə bilərdi. Ötən gün bu sistemlər Dağlıq Qarabağ ərazisinə keçsəydi, həmin sistemlərin atəş məsafəsi Bakını da ötə bilərdi.
Əldə olunan kəşfiyyat məlumatları əsasında müəyyənləşdirilib ki, Ermənistan tərəfindən atılan “Toçka-U” raketi Xankəndi ətrafındakı Ballıca yaşayış məntəqəsinin yanından start mövqe tutaraq oradan zərbə endirib. Mülki yaşayış məntəqələrimizə atılan bu ballistik raketlərin bir hissəsi Azərbaycan Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələri tərəfindən vaxtında aşkarlanaraq məhv edilib. Amma səmərəli mübarizə ondan ibarətdir ki, həmin ballistika raketlərin buraxıcı qurğuları raketlər buraxılmamışdan əvvəl yerdə məhv edilməsini nəzərə alaraq Azərbaycan Ordusu ballistik raketlərin buraxıcı qurğularına və onları dəstəkləyən infrastruktura qarşı müxtəlif növ kəşfiyyat və zərbə vasitələrindən istifadə edərək xüsusi əməliyyatlara başlayıb.
Beləliklə, ballistik raketlərə qarşı xüsusi əməliyyatların nəticəsində oktyabrın 12-də saat 14 radələrində işğal altındakı Qubadlı rayonu ərazisində bir ədəd “Toçka-U” raketi məhv edilib. Oktyabrın 14-də gecə saat 01 radələrində iki ədəd və səhər 08:30 radələrində bir ədəd olmaqla ümumilikdə üç ədəd “Elbrus” ballistik raket qurğusunun raketləri ilə birlikdə ordumuz tərəfindən aşkarlanaraq məhv edilib.
General-mayor İ.Əliyev bildirib ki, 300 kilometr atış məsafəsinə malik “Elbrus” ballistik raketi kifayət qədər ön cəbhəyə gətirildiyi zaman Bakı şəhərinə çatacaq uçuş məsafəsinə də malikdir. Əgər Dağlıq Qarabağ ərazisinə o gətirilsəydi, hansı dağıntılara səbəb ola biləcəyi aydın təsəvvür etmək mümkündür. Əldə edilmiş kəşfiyyat məlumatları əsasında Dağlıq Qarabağda yerləşən 1-ci ümumqoşun ordusunun tərkibində belə hərbi hissənin olmadığını bilirik. Bu silah Ermənistanın 71-ci raket alayının tərkibindədir. Həmin hərbi hissə Stepanavan şəhərində yerləşir.
Sonra hava hücumundan müdafiə bölmələrimiz tərəfindən məhv edilən həmin sistemlərin döyüş mövqeyi tutduğu, köməkçi avtomobillərin də yaxınlaşdığı və raketlərin atışa hazırlandığı əks olunan video nümayiş olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 14 saat sonra
- 10 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti
















.jpg)








.jpg)

