Azərbaycan Sentyabrda Türkiyədən müdafiə sənayesi məhsullarının alışını kəskin artırıb
Azərbaycan Türkiyədən 2020-ci ilin Sentyabr ayında 77 milyon 167 min dollarlıq, 2020-ci ilin 9 ayı ərzində isə 123 milyon 26 min dollarlıq müdafiə və aviasiya sənayesi məhsulları alıb.Türkiyənin müdafiə və aviasiya sənayesi sektoru, keçən ay ən çox ixracı 77 milyon 167 min dollarla Azərbaycana reallaşdırıb.
Marja qardaş ölkənin mətbuatına istinadən xəbər verir ki, Türkiyə İxracatçılar Məclisinin (TİM) statistikasına görə, Türkiyənin müdafiə və aviasiya sektorunun ixracı 2020-ci ilin yanvar-sentyabr dövründə 17% azalaraq 1 milyard 521 milyon 396 min dollara geriləyib. Sentyabrda isə keçən ilin eyni dövrü ilə müqayisədə 80%, avqust ayı ilə müqayisədə isə 58,7% artan ixrac 281 milyon 582 min dollar təşkil edib.
Sektor, keçən ay ən çox ixracatı 77 milyon 167 min dollarla Azərbaycana reallaşdırıb. Azərbaycanın ardınca 62 milyon 974 min dollarla Oman, 62 milyon 77 min dollarla ABŞ, 15 milyon 673 min dollarla Hindistan və 14 milyon 588 min dollarla Almaniya gəlir.
BU İLİN 9 AYINDA AZƏRBAYCANA 123 MİLYON DOLLARLIQ İXRAC REALLAŞIB
Bu ilin 9 ayında isə Türkiyənin müdafiə və aviasiya sənayesi sektoru, ən çox xarici satışı 531 milyon 107 min dollarla ABŞ-a edib. ABŞ-dan sonra, 127 milyon 928 min dollarla Birləşmiş Ərəb Əmrlikləri, 123 milyon 723 min dollarla Almaniya, 123 milyon 26 min dollarla Azərbaycan və 114 milyon 912 min dollarla Hindistan gəlir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















