Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinə müavin təyin olunub
Musa Pənahov nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsinə təyin olunub. Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, 2017-ci ilin fevralın 13-də ölkə başçısı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb. Adıçəkilən qurum Nəqliyyat Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əsasında yaradılıb.
Sərəncamda qeyd edilib ki, nazirliklərin birləşdirilməsində əsas məqsəd dövlət idarəetmə strukturunu təkmilləşdirmək, habelə nəqliyyat, rabitə və yüksək texnologiyalar sahələrində dövlət siyasətini və tənzimlənməsini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və səmərəliliyi artırmaqdır.
Prezidentin digər sərəncamı ilə Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib. Bunadək R. Quluzadə rabitə və yüksək texnologiyalar naziri olub.
Nəqliyyat naziri Ziya Məmmədov isə vəzifəsindən kənarlaşdırılıb.
M.Pənahovun təyinatı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavinlərinin sayı 4-ə çatıb ki, Əli Abdullayev birinci müavin, İltimas Məmmədov və Elmir Vəlizadə isə müavindirlər.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
4 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















