“Maliyyə Bazarının prinsipləri və alətləri” təlimi - qeydiyyat başladı
Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzi Azərbaycanda maliyyə bazarı üzrə ixtisaslaşmış təlim mərkəzidir. 2016-cı ildən etibarən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzdində fəaliyyət göstərməklə, onun məqsədlərini yerinə yetiririk.
Mərkəzimiz maliyyə bazarlarında işləyən, və ya işləmək istəyən və həmçinin maliyyə bazarları, alətləri, iştirakçıları, iş prinsipi haqqında məlumat əldə etmək və biliklərə yiyələnmək istəyən hər kəs üçün yaradılmış təlim mərkəzidir.
Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzində “Azərbaycan Maliyyə Bazarının prinsipləri və alətləri” təlimi üzrə qeydiyyatına START verildi!
Təlimin başlama tarixi: 27 aprel 2017 - cı il
Təlim günləri: 1) Cümə axşamı: 19:00 – 21:00
2)Bazar günü : 10:00 – 12:00
Təlim proqramı Azərbaycan maliyyə bazarının (AMB) iş prinsipini təqdim edərək, bazar haqqında baza bilikləri formalaşdırır. Eyni zamanda dövriyyədə olan alətlər haqqında ətraflı məlumatlandırmaqla, onları hansı hallarda və nə şəkildə istifadə etmək lazım olduğunu izah edir. Yerli bazarda işləmək istəyən və yerli bazarın xüsusiyyətlərini dəqiq şəkildə anlamaq istəyənlər, ümumiyyətlə maliyyə bazarı, alətləri və iş prinsipi haqqında geniş məlumat əldə etmək istəyənlər bu təlim proqramına dəvət olunurlar.
Tədris dili: Azərbaycan dili
Təlimin ümumi qiyməti: 99 AZN
Təlimin müddəti: 10 saat
Qrup şəklində iştirak edən iştirakçılara endirimlər təklif olunur.
Təlimçi: Elçin Məmmədov- 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və İdarəetmə fakültəsinin bakalavr pilləsini bitirib. 2015-ci ildə isə Korea Yonsei University-nin Beynəlxalq ticarət və maliyyə ixtisası üzrə magistr məzunudur. Hal-hazırda Azərbaycan Respublikasının Milli Depozit Mərkəzində Əməliyyat departamentinin direktoru vəzifəsində çalışır.
Təlim haqqında ətraflı məlumat əldə etmək və həmçinin qeydiyyatdan keçmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz : http://cmtc.gov.az/az/kapital-bazarinin-is-prinsipleri-kursu
Yekunda təlim iştirakçıları sertifikatla təmin olunacaq!
Təlimlə bağlı hər hansı bir sual yarandıqda bizimlə əlaqə saxlayın :
Telefon: (+994)12 498 16 77
(+994)70 272 99 79
E-mail: [email protected]
Web: www.fmtc.az
Son qeydiyyat tarixi 26/04/ 2017
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)








