Samir Nuriyev Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın sədri seçildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət idarəçiliyində həyata keçirdiyi genişmiqyaslı islahatlara, qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında aparılan dəyişikliklərə uyğun olaraq, 2020-ci ildə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi yenilənib.
Bu gün Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yeni tərkibdə ilk iclası videoformatda keçirilib. İclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Komissiyanın sədri seçilib.
Komissiyanın sədri Samir Nuriyev çıxış edərək bildirib ki, dövlət idarəçiliyində səmərəliliyin təmin edilməsi, açıq hökumət prinsiplərinin tətbiqi, elektron xidmətlərin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir. Dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılması üçün ictimai nəzarət mexanizmlərinin tətbiqi genişləndirilməli, ictimai şuraların fəaliyyətinin səmərəliliyi təmin edilməlidir. Komissiya sədri vurğulayıb ki, korrupsiyaya qarşı mübarizə sahəsində müasir çağırışlara uyğun səmərəli mexanizmlərin tətbiqi üçün yeni təşəbbüslərin irəli sürülməsi zəruridir. Bu sahədə icra edilən tədbirlər korrupsiyaya şərait yaradan halların səbəblərinin müəyyən edilməsinə və bu kimi mənfi halların qarşısının alınması üçün səmərəli mexanizmlərin yaradılmasına yönəldilməlidir.
İclasda korrupsiyaya qarşı mübarizə sahəsində bu günədək görülən işlər nəzərdən keçirilib və növbəti illərdə bu sahədə reallaşdırılması zəruri olan tədbirlərin vahid strateji çərçivəsini müəyyənləşdirmək, prioritetləri önə çəkmək və bu tədbirlərin ölkədə gerçəkləşdirilən islahatlar kursuna cavab verməsini təmin etmək məqsədilə yeni Milli Fəaliyyət Planının əsas istiqamətləri müzakirə olunub, Milli Fəaliyyət Planının layihəsinin hazırlanması barədə tapşırıqlar verilib.
İclasda yerli icra hakimiyyəti orqanlarında korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərlə bağlı aparılan ibtidai istintaq və əməliyyat-axtarış tədbirləri barədə məruzələr dinlənilib, bu sahədə şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün verilən təkliflər müzakirə edilib.
Bundan əlavə, iclasda Komissiyanın fəaliyyətinin təşkili ilə bağlı bir sıra məsələlər həll edilib, yeni katib təyin olunub, Komissiya yanında 3 işçi qrupun (Qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı İşçi Qrup, Təhsil və maarifləndirmə ilə bağlı İşçi Qrup, Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı İşçi Qrup) formalaşdırılması qərara alınıb.
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edilib, bu əməkdaşlığın əhəmiyyəti nəzərə alınmaqla İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində keçirilən tədbirlərdə, habelə Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyətlərinin tərkibi təsdiq edilib.
İclasda çıxış edən Komissiya üzvləri qanunun aliliyinin və dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması məqsədilə açıqlıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Vətəndaşlara dövlət xidmətlərinin korrupsiya hallarını istisna edən şəraitdə, operativ və resurslara qənaət etməklə göstərilməsi üçün müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə və innovativ həllərin tətbiqinin genişləndirilməsi zərurəti qeyd edilib. İctimai nəzarətin təmin edilməsi məqsədilə mövcud mexanizmlərin tətbiqinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlığın artırılması, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatlarına dəstək verilməsi və ictimai əhəmiyyətli qərarların qəbulunda onların rolunun artırılması məsələsinə baxılıb. Qanunvericiliyin təkmilləşdirilməsi üçün zəruri olan istiqamətlər qeyd edilib, habelə maarifləndirmə tədbirlərinin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Komissiyanın növbəti dövr üçün iş planı təsdiq edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
1 saat əvvəl
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
-
-
1 saat əvvəl
24 400 manat ilkin ödəniş et, Biləcəridə tam təmirli, 3 otaq studiya sənin olsun - “Kristal!”
-
2 saat əvvəl
Səudiyyə Ərəbistanın neft şirkətinin obyekti vurulub, fəaliyyətini dayandırıb
- 2 saat əvvəl
-
3 saat əvvəl
Adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlər veriləcək - 62 MİN MANAT AYRILDI
-
3 saat əvvəl
Prezident İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, başsağlığı verib
-
3 saat əvvəl
PAŞA Sığorta 20 illiyini “Yubiley” kampaniyası ilə qeyd edir!
-
3 saat əvvəl
İKTA operator və provayderlərin fəaliyyətinin uyğunluğunu nəzərdən keçirib
-
3 saat əvvəl
İran neftin qiymətinin 200 dollara qədər yüksələcəyini ehtimal edir
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
“Yaşıl Cümə” başlayır – hər yer yaşıl olacaq!
PAŞA Sığorta 20 illiyini “Yubiley” kampaniyası ilə qeyd edir!
Ən çox oxunanlar
İran neftin qiymətinin 200 dollara qədər yüksələcəyini ehtimal edir
Martın 5-də gözlənilən hava şəraiti
Azərbaycan bazarına da nəzarət edən Coca-Cola şirkəti dividend ödənişinə hazırlaşır
Hind rupisinə zərbə: Tarixi minimumda
10-dan çox neft tankeri İran tərəfindən vurulub
Yerli və xarici vətəndaşlar İrandan Azərbaycan sərhədi ilə təxliyə edilir - 1161 NƏFƏR ÖLKƏMİZƏ KEÇİB





















