EUR/USD məzənnəsində bahalaşma müşahidə edilir

Beynəlxalq valyuta birjalarında bu gün Bakı vaxtı ilə saat 15:00-da açıqlanacaq Avropa Mərkəzi Bankının monetar siyasət qərarı öncəsi EUR/USD məzənnəsində bahalaşma müşahidə edilir. İnvestorlar daha çox saat 16:30-da baş tutacaq mətbuat konfransında önəmli açıqlamaları gözləyirlər.
Avrozonada siyasi və iqtisadi risklərin artması, AMB-ni yumşaq monetar siyasətini daha da genişləndirməyə məcbur edə bilər.
Texniki təhlillərə əsasən, avro 1.19$-ın altında qaldıqca, ucuzlaşmaqda davam edəcəyi proqnozlaşdırılır. GBP/USD məzənnəsi də 1.29$-da dəstək görsə də ucuzlaşacağı proqnozlaşdırılır.
Qlobal risklərin artması, əlvan metallar bazarlarında qızıla olan tələbi yenidən artmasına səbəb olub. Lakin dollarda müşahidə edilən bahalaşma, qızılda ucuzlaşmanı məhdudlaşdırır. Beləliklə, bir unsiya üzrə qiymət 1960$-ın altında qaldıqca, yenidən ucuzlaşa bilər. Yüksək volatillik nəzərə alınaraq, eniş proqnozları üçün 1934$ dəstək səviyyəsinin qırılması da önəmli hesab edilir.
AMB-nin açıqlamalarından əlavə, bu gün Bakı vaxtı ilə saat 16:30-da yayımlanacaq ABŞ-da işsizlik müavinətlərinə dair göstərici də böyük maraqla gözlənilməkdədir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
- 13 d. əvvəl
-
- 21 d. əvvəl
-
27 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 8 saat əvvəl
-
8 saat əvvəl
Səudiyyə Ərəbistanını şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 9 saat əvvəl
-
11 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 11 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
-
12 saat əvvəl
Ağalarov yeni müqavilələr imzaladı - otellər, tibb mərkəzləri tikiləcək
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub

Rəsmi məzənnələr açıqlandı

Səudiyyə Ərəbistanını şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
Ən çox oxunanlar
