Kranın aşması hadisəsindən sonra sahibkarlara tövsiyə
Bildiyiniz kimi, ötən həftə Nərimanov rayonu, Mövsüm Sənani 37 ünvanında kranın aşması sığorta hadisəsi yaratmışdır. Bu kimi hadisələrdən sığortalanmaq üçün sığorta sistemində “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növü tətbiq olunur. Elə bu istiqamətdən irəli gələrək Azərbaycan Sığortaçılar Assosiasiyası sahibkarlara xəbərdaredici tövsiyələrini təqdim edir.“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 42.2 maddəsinin tələbinə görə, əmlakın istismarı ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir.
Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) verilən məlumata görə, növün imperativliyindən irəli gələrək əmlak sahibi olan sahibkarlara sığorta etdirmədikləri təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq cərimə tətbiq edilir.
Sahibkarlar ilk növbədə “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növünün vacibliyini formalaşdıran əsas istiqamətləri, bu növün mahiyyətini və üstünlüklərini bilməlidirlər. Belə ki, adı çəkilən növ qeyd olunan Qanunun preambulasında da bildirildiyi kimi, daşınmaz əmlakın istismarı, eyni zamanda həmin əmlakın ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin həyata keçirilməsi zamanı üçüncü şəxslərin sağlamlığına və əmlakına dəymiş zərərin qarşılığının ödənilməsi məqsədi ilə tətbiq edilir. İstismarı ilə bağlı mülki məsuliyyətin sığortası məcburi olan əmlak dedikdə, hüquqi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyəti həyata keçirmək məqsədi ilə istismar etdiyi daşınmaz əmlak olan binalar, tikililər, qurğular və sahələr nəzərdə tutulur. Bu növ üzrə aşağıda qeyd olunan hallar sığorta hadisəsi hesab olunur:
-elektrik və ya qaz cihazlarından istifadə nəticəsində yaranan yanğın, yaxud belə yanğının qarşısının alınması üçün görülən tədbirlərin nəticələri;
-qaz partlayışı;
-elektrik naqillərində baş verən qısa qapanma;
-su, istilik və kanalizasiya xətlərində baş verən qəza nəticəsində subasma;
-hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri.
“Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” üzrə sığorta haqlarının məbləği isə mövcud əmlakın təyinatından asılı olaraq sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilir. Yuxarıda qeyd olunan hallar nəticəsində üçüncü şəxs olan fiziki şəxsin sağlamlığına dəyən zərərə görə 5000 manat, əmlaka dəyən zərər üzrə isə 50 min manat sığorta təminatı verilir. Yəni yuxarıda qeyd olunan hallar bu və ya digər səbəblər nəticəsində baş verərsə sahibkar üçüncü şəxsə və ya əmlaka görə ödəməli olacağı 5 min manatdan 50 min manata qədər olan əlavə xərcdən azad olmuş olur.
Təəssüf ki, məhz hadisə baş verdikdən sonra bu kimi halların qaçılmaz olduğu, adı çəkilən sığorta növünün isə vacibliyi aktuallaşır. Sabah baş verə biləcək hər hansı hadisədən zərərli çıxmamaq üçün bu gündən etibarən sığortanlanmalıyıq. Unudulmamalıdır ki, sığorta sosial əhəmiyyət kəsb edib, xərclərin optimallaşdırılması, eyni zamanda risklərin yarada biləcəyi zərərliliyi minimallaşdıran unikal bir maddi müdafiə mexanizmdir. Bu dəstək mexanizminin təklif etdiyi üstünlüklərdən istifadə geniş ictimaiyyətin sağlam və firavan gələcəyi naminə icbaridir.
Qeyd edək ki, yaxın günlərdə “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növü üzrə sığorta hadisəsi hesab oluna biləcək bir olay qeydə alınıb. Belə ki, Nərimanov rayonu, Mövsüm Sənani 37 ünvanında kranın aşması nəticəsində ətrafda park vəziyyətində olan 6 nəqliyyat vasitəsinə ciddi zərər görüb.
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
10 d. əvvəl
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
-
-
17 d. əvvəl
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
- 18 d. əvvəl
- 27 d. əvvəl
-
50 d. əvvəl
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Geoengineering" 2025-ci ilin birinci yarısını 484 min manat xalis mənfəətlə başa vurub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elçin Yusubov: Xankəndinin yeni Baş Planına görə, şəhər 80 min nəfərlik olacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
"Geoengineering" 2025-ci ilin birinci yarısını 484 min manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
Xırdalanda 2-ci KFC açılacaq
Azərbaycan və Gürcüstan 26 maydan Bakı-Tbilisi-Bakı üzrə sərnişin qatarlarının bərpası barədə razılığa gəliblər
Azərbaycan futboluna böyük investisiya — “Sea Breeze Arena” layihəsinin əsası qoyulur
Azərbaycana geyim əşyalarının idxalı azalıb
"Gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatına başlanılması ilə bağlı məlumat verəcəyik"






.jpg)












.jpg)


