“Daşkəsən Filizsaflaşdırma” ləğv edildi
“Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti (ASC) ləğv edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Nazirlər Kabinetinə tapşırılıb ki, “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi ilə əlaqədar iki ay müddətində zəruri tədbirlər görsün, Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Eyni zamanda, “Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2198 nömrəli Sərəncamı ilə Azərbaycan Polad İstehsalı Kompleksinə daxil edilmiş “Daşkəsən Filizsaflaşdırma” ASC-nin özəlləşdirməyə açıq elan edilməsi barədə müddəa da qüvvədən düşüb.
Həmçinin “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin edəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
6 d. əvvəl
Beynəlxalq reytinq agentliyi Taleh Kazımovu və komandasını tərifləyib
-
- 10 d. əvvəl
-
17 d. əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektoru üçün reytinqini yaxşılaşdırıb
- 30 d. əvvəl
-
47 d. əvvəl
Reklamda uşağın görüntüsündən valideynlərinin razılığı ilə istifadə edilə biləcək
- 52 d. əvvəl
-
1 saat əvvəl
Neft bahalaşmaqda davam edir: Analitiklər 100 dollar ssenarisini qiymətləndirirlər
- 1 saat əvvəl
-
1 saat əvvəl
Komissiya 0 %, zamin tələbi yoxdur - Çox sərfəli kredit kampaniyası başladı
-
2 saat əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Avropada qaz "uçur" - QİYMƏTİ 700 DOLLARI DA KEÇDİ
Martın 4-də gözlənilən hava şəraiti
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
Dövriyyədə olan nağd pul və bank ehtiyatları artıb
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı
Azərbaycan nefti 7 dollara yaxın bahalaşıb
Netanyahu: İran 50 Şimali Koreyaya bərabərdir


























