Azərbaycan və Alibaba razılaşdı
Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin iştirakı ilə “Alibaba Group” şirkətinin nümayəndələri ilə video-bağlantı formatında görüş keçirilib.
Nazirlikdən Marja-ya verilən məlumata görə, görüşə Azərbaycan tərəfdən NRYTN-nin, Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyinin nümayəndələri qatılıblar.
“Alibaba Group” şirkətini Qloballaşma Ofisinin baş direktoru Sami Fərhad, Beynəlxalq hökumət və ictimaiyyətlə əlaqələr departamentinin direktoru Laurie Luo, direktor müavini, Rəqəmsal ictimai sektorun baş meneceri Şi Feng, Xarici əlaqələr, “Tmall” idxal və ixrac üzrə direktor müavini Tony Çen təmsil ediblər.
Video-tədbirdə çıxış edən nazir “Alibaba” şirkəti ilə əməkdaşlığın qurulması və inkişaf etdirilməsinin vacib olduğunu bildirib.
Görüş zamanı Azərbaycanda logistika və müvafiq anbar infrastrukturunun yaradılması, data mərkəzi və “bulud” infrastrukturu, elektron ticarət və digər sahələrdə əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb, eləcə də əməkdaşlıq məsələləri ilə bağlı İşçi Qrupun yaradılması barədə razılığa gəlinib.
“Alibaba Group”un nümayəndəsi tərəfindən şirkətin “Alibaba Cloud Computing” və “Tmall.com” bölmələri üzrə təqdimat olunub.
Qeyd edək ki, “Alibaba Group” şirkəti elektron ödəmə xidmətləri, alış-veriş axtarış motorları və “bulud” hesablama xidmətləri də daxil olmaqla, istehlakçıdan istehlakçıya (C2C), biznesdən istehlakçıya (B2C) və veb-portallar vasitəsilə biznesdən biznesə (B2B) satış xidmətləri təqdim edir.
2016-cı ildən “Azərpoçt” MMC-nin ölkələrarası elektron ticarətin həyata keçirilməsi üçün regional tranzit poçt mərkəzi (HUB) layihəsi fəaliyyət göstərir. Layihə çərçivəsində 2016-cı ildən “Azərpoçt” MMC tərəfindən Çin Xalq Respublikasından sifariş olunan elektron ticarət məhsullarının Azərbaycanın “Silk Way” aviaşirkəti vasitəsilə qəbul olunaraq ölkəmizə gətirilməsi və poçt kimi emal olunaraq MDB və digər ölkələrə çatdırılması təmin edilir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 gün sonra
- 8 saat əvvəl
-
- 10 saat əvvəl
-
13 saat əvvəl
Trampın İranın cavabını rədd etməsindən sonra neft bahalaşıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
"Bəlkə də bir il, il yarım bundan sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq"
-
1 gün əvvəl
İki qonşu ölkə ilə sərhəd-keçid məntəqəsi olacaq yeganə rayon
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
Morgan Stanley-dən 150 dollarlıq neft ssenarisi
Mayın 12-də gözlənilən hava şəraiti - 30° isti
Tramp 13–15 may tarixlərində Çinə səfər edəcək
Tramp: İranın verdiyi cavab “tamamilə qəbuledilməzdir”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 2 GÜN
Ən çox oxunanlar
"Bəlkə də bir il, il yarım bundan sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq"
İki qonşu ölkə ilə sərhəd-keçid məntəqəsi olacaq yeganə rayon
"Dost Aqropark" 10 min baş cins mal-qara hədəfinə çatır"
“Zangilan City Park Hotel”in təməli qoyuldu
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
"Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir, bütün Qarabağı işıqlandırmaq olar"
“Şəfəq” yarımstansiyasının açılışı olub
















.jpg)






