Abşeron Logistika Mərkəzi növbəti ilkə imza atdı
Abşeron Logistika Mərkəzi yükdaşımaları sahəsində beynəlxalq əlaqələrini genişləndirməkdə davam edir.
Mərkəzdən Marja-ya verilən məlumata görə, iqtisadiyyatın inkişafına daha da dəstək verəcək növbəti layihəyə imza atılaraq 24 avqustda beynəlxalq konteyner daşımaları üzrə dünyada aparıcı şirkətlərdən biri olan COSCO SHIPPING Lines ilə mərkəz arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Bu əməkdaşlıq sayəsində, Azərbaycan beynəlxalq yükdaşımalarında ilk dəfə olaraq son təyinat nöqtəsi kimi qeyd olunacaq və bu təyinat nöqtəsi məhz Abşeron Logistika Mərkəzi olacaq.
Bu əməkdaşlıq yük sahiblərinə də böyük fayda qazandıracaqdır. Belə ki, Gürcüstan, Türkiyə, Pribaltika ölkələrinin dəniz limanlarında konteynerlərin geri qaytarılması üçün mövcud olan “free time” (limitli vaxt) Abşeron Logistika Mərkəzinə daxil olduqdan sonra hesablanmağa başlanacaq. Boş konteynerlərin geri qaytarılması da yuxarıda sadalanan dəniz limanlarında deyil, Abşeron Logistika Mərkəzinin ərazisində həyata keçiriləcək. Bu, sahibkarlara əlavə xərclərin qarşısını almağa kömək edəcəkdir.
Bununla yanaşı, ixrac daşınmaları üçün yüklərin birbaşa Azərbaycandakı konteynerlərə yüklənməsi imkanını təmin etmək üçün (gediş limanında yenidən yüklənməmək şərti ilə), Abşeron Logistika Mərkəzinin ərazisində yerləşən anbarlarda COSCO Shipping Lines şirkətinə məxsus böyük sayda boş konteynerlərdən istifadə olunacaq.
Azərbaycanın rəqabətqabiliyyətliliyini təmin etmək üçün idxal-ixrac əməliyyatlarına və tranzit yüklərin daşınmasına sərf olunan vaxt və xərclərın optimallaşdırılması yük sahiblərinin ölkəmizə olan marağını artıracaqdır. Logistika və ticarət sahəsində xarici ekspertlərlə əməkdaşlıq edilməsi Azərbaycanın beynəlxalq yükdaşımalarda regional qovşaq kimi əhəmiyyətini artıracaq.
“COSCO Shipping Lines” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi “ISR DTS Azərbaycan”dır və “ISR Holding LTD” şirkətlər qrupunun tərkib hissəsinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 3 d. əvvəl
-
-
21 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 24 d. əvvəl
- 29 d. əvvəl
- 34 d. əvvəl
- 42 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Xalq Bank I rübün yekunlarını açıqladı
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək





.jpg)









.jpg)





