14 milyon manatlıq müqavilələr üzrə 10 milyon manatlıq məhsul ixrac olunub
2020-ci ilin 11-14 fevral tarixlərində Rusiyanın Moskva şəhərində keçirilmiş “Prodexpo 2020” beynəlxalq ərzaq sərgisində qida, meyvə emalı, şərab və digər spirtli içkilər, fındıq, qənnadı məmulatları, çay istehsalı və digər sahələrdə fəaliyyət göstərən 30-dan çox Azərbaycan şirkətinin çoxsaylı çeşiddə məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilib.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumata görə, sərgi çərçivəsində Azərbaycan şirkətləri müxtəlif növ meyvə-tərəvəz, meyvə şirələri və konsentratları, şərab və digər spirtli içkilər, fındıq ləpəsi və digər məhsulların Rusiyaya ixracına dair 14 milyon manat dəyərində müqavilə imzalayıb. İndiyədək bu müqavilər üzrə 10 milyon manatlıqdan çox məhsul ixrac olunub. Qeyd edək ki, beynəlxalq sərgilərdə əldə olunmuş nəticələrlə bağlı mütəmadi olaraq monitorinq aparılır, məlumatlar ictimaiyyətə təqdim olunur.
Məlumatda bildirilir ki, qeyri-neft məhsullarının ixracının artırılması, Azərbaycan məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi, “Made in Azerbaijan” brendinin təşviqi məqsədi ilə həyata keçirilən tədbirlər davam etdiriləcək. Belə ki, Covid-19 pandemiyasından irəli gələn məhdudiyyətlərdən asılı olaraq ilin sonunadək bir neçə beynəlxalq sərgidə iştirak nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 13 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























