Zaqatala üçün pul ayrıldı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaqatala rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Marja-nın xəbərinə görə, Sərəncama əsasən Zaqatala rayonunun əhalisi 62 916 nəfər olan 17 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 18 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə 2020-ci il dövlət büdcəsindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 1,26 milyon manat ayrılıb.
Zaqatala rayonunda qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı:
Sıra №-si | Yaşayış məntəqələri | Quyuların sayı, ədəd | Əhalinin sayı, nəfər |
1 | Aşağı Çardaxlar kəndi | 1 | 1170 |
2 | Bəhmətli kəndi | 1 | 4786 |
3 | Dağlı kəndi | 1 | 3300 |
4 | Əliabad qəsəbəsi | 1 | 11200 |
5 | Faldarlı kəndi | 1 | 2156 |
6 | Gözbarax kəndi | 1 | 2061 |
7 | Kəpənəkçi kəndi | 1 | 1111 |
8 | Qandax kəndi | 1 | 1829 |
9 | Qımır kəndi | 1 | 1804 |
10 | Maqov kəndi | 1 | 1705 |
11 | Mosul kəndi | 1 | 3261 |
12 | Muğanlı kəndi | 2 | 3006 |
13 | Muxax kəndi | 1 | 8210 |
14 | Yengiyan kəndi | 1 | 1481 |
15 | Yeni Suvagil kəndi | 1 | 5355 |
16 | Yolayrıc kəndi | 1 | 1460 |
17 | Yuxarı Tala kəndi | 1 | 9021 |
Cəmi | 18 | 62 916 | |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
10 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 10 saat əvvəl
-
12 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























