Gürcüstanın Azərbaycandan idxalı azalıb
Bu ilin yanvar-iyul aylarında Gürcüstandan Azərbaycana 230,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.
Ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkənin Azərbaycana ixrac həcmində 15,3% azalma qeydə alınıb.
Hesabat dövründə Azərbaycan Gürcüstanın ümumi ixracında 13,1% payla qonşu ölkənin Çindən sonra ikinci əsas ixrac tərəfdaşı olub.
İDXALI 17% AZALIB
Bu ilin ilk 7 ayında Gürcüstan Azərbaycandan 277,8 milyon ABŞ dolları dəyərində məhsul idxalı həyata keçirib. Qonşu ölkə Azərbaycan məhsullarının idxalını illik müqayisədə 16,9% azaldıb.
Yanvar-iyulda Azərbaycan Gürcüstanın ümumi idxalındakı payı 6,5%-ə bərabər olub. Bu göstərici ilə Azərbaycan qonşu ölkənin Türkiyə, Rusiya və Çindən sonra dördüncü əsas idxal tərəfdaşı olub.
TİCARƏT DÖVRİYYƏSİ AZALIB
Bu ilin yanvar-iyul aylarında Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 508,5 milyon ABŞ dollarına bərabər olub.
Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 8,4% təşkil edib.
Hesabat dövründə Azərbaycan Türkiyə, Rusiya və Çindən sonra Gürcüstanın dördüncü əsas ticarət tərəfdaşı olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 15,3% azalıb.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
10 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























