Qəbələdə yerləşən unikal sağlamlıq kompleksi yenidən öz qapılarını açır
Qəbələdə yerləşən “Chenot Palace Gabala” sağlamlıq kompleksi qapılarını yenidən öz qonaqlarının üzünə açmağa hazırdır.(®️) Azərbaycanın sakit və gözəl bir guşəsi olan Qəbələdə, Nohur gölün ətrafında yerləşən unikal sağlamlıq kompleksi “Chenot Palace Gabala” öz səhhətini yaxşılaşdırmaq və immunitetini möhkəmləndirmək istəyən hər kəsi yenidən qonaq etməyə hazırdır.
Şeno Metodu əsasında hazırlanmış xüsusi sağlamlıq proqramlarından keçmək istəyənlər üçünsağlamlıq kompleksinin qapıları 19 avqust tarixindən etibarən yenidən açılacaqdır.
Bu metod gündəlik stresdən, həddindən artıq yüklənmədən və əmək qabiliyyətinin aşağı düşməsindən əziyyət çəkən və istirahətə ehtiyac duyan şəxslər üçün unikal sağlamlaşdırıcı vasitədir. Bioenergetik analiz daxili orqanlarınızın yaşının – sizin həqiqi yaşınızla nə dərəcədə uyğun olduğunu, eləcə də stres səviyyəsini müəyyən etməyə imkan verəcək. Məhz bu məlumatlar əsasında həkimlər Şeno metoduna görə bütün proqramların əsasını təşkil edən hidroaromaterapiya və meridianlar boyunca energetik masaj prosedurları ilə bağlı bütün nüansları müəyyən edə biləcəklər.
Adı çəkilən metod orqanizminizin hüceyrələrinin daha zərif və effektiv yolla bərpa olunmasına imkan verir ki, bu da öz növbəsində ümumilikdə cavanlaşma və sağlamlaşdırma prosesinin ayrılmaz tərkib hissəsini təşkil edir.
“Chenot Palace Gabala” sağlamlıq kompleksində həm məkanların, həm də bütün avadanlıqların təmizliyinə və dezinfeksiyasına hər zaman yüksək diqqətlə yanaşılır. Habelə, sizin rahat şəkildə vaxt keçirməyiniz üçün çalışan həkimlərin və bütün personalın işinin təmizliyinə və səliqəsinə nəzarət olunur.
“Chenot Palace Gabala” kompleksinin İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Zəhra Bədəlbəylinin sözlərinə görə, bütün dünyada tüğyan edən pandemiya dövründə kompleksin ərazisində dezinfeksiya prosedurları gücləndirilmiş və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına, eləcə də “SAHMAN”-nın göstərişlərinə uyğun olaraq həyata keçirilmişdir. Mütəmadi olaraq nömrələrin, tibbi şöbənin və kompleksin bütün ərazisinin dezinfeksiyası işləri aparılır. Bütün ictimai yerlərdə təhlükəsizlik qaydalarına dair lövhələr və əllər üçün dezinfeksiyaedici vasitələr quraşdırılıb. Həm qeydiyyat zamanı, həm də kompleksin restoranında sosial məsafə qaydalarına riayət olunur.
Kompleksin bütün işçi personalına qeyd olunan qaydalarla bağlı hər həftə təlimlər keçirilir.
Məhz belə bir dövrdə sağlamlığımızın qayğısına qalmaq və immunitetimizi yüksəltmək daha önəmlidir. Şeno metodu əsasında hazırlanan və proqrama daxil edilən bütün proseduralar immun sisteminin möhkəmləndirilməsinə çox gözəl təsir edir.
Bundan əlavə, “Chenot Palace Gabala” kompleksində tənəffüs yolu orqanlarının və qan damarlarının ozonlaşdırılması üçün ən müasir avadanlıqlar və mütəxəssislər mövcuddur. Qeyd olunan prosedur virus xəstəliklərinin effektiv profilaktikası vasitəsi hesab olunur.
Sağlamlığın qorunmasında müasir imkanlardan istifadə edən bir çox Avropa ölkələrində olduğu kimi, burada da qısa müddət ərzində orqanizmdə cavanlaşma prosesinin başlanmasına kömək edən, iltihab prosesini aradan qaldıran, yuxu rejimini normaya salan, qan dövranını və psixoloji vəziyyəti yaxşılaşdıran -110С-lik unikal kriokameralar təklif olunur. Eyni zamanda bu prosedur digər prosedur komplekslərinə də əlavə olunur ki, bu da öz növbəsində ümumi nəticəyə ən effektiv şəkildə müsbət təsir göstərir.
Kompleksin ərazisini əhatə edən meşələrin, dağların və Nohur gölün əsrarəngiz mənzərəsi müsbət effektə malik mənəvi və fiziki sağlamlaşma və istirahət məqsədilə həyata keçirilən Şeno Metodu əsasında hazırlanmış proqramı mükəmməl şəkildə tamamlayır.
Bu konsepsiya nəinki yerli, eyni zamanda əcnəbi qonaqlar tərəfindən də maraqla qarşılanır.
Qəbələdə yerləşən “Chenot Palace Gabala” sağlamlıq kompleksinə bir dəfə gəlməklə kompleksin daimi müştərilərinə çevrilmiş bir çox məşhur şəxsin də ürəyini fəth etmişdir.
Beləliklə, Qəbələdə yerləşən “Chenot Palace Gabala” sağlamlıq kompleksinin personalı 19 avqust tarixindən etibarən özünün daimi və yeni qonaqlarının yolunu böyük səbirsizliklə gözləyir.
E-mail: [email protected]
Telefon: +994 24 205 44 11/04
+994 50 290 28 78/90
Ünvan: Nohurqışlaq, Qəbələ
Website: www.chenotpalacegabala.com
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 14 saat əvvəl
-
14 saat əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
15 saat əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
-
1 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
1 gün əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
1 gün əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Son Xəbərlər
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!























