Sabahın hava proqnozu
17 avqustda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, 17 avqustda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında və Bakıda gecə 20-22, gündüz 27-29 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 757 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Abşeron çimərliklərində mülayim şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.
17 avqustda Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-22, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 12-15 dərəcə isti olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 6 gün sonra
- 2 gün sonra
-
- 19 saat əvvəl
-
21 saat əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ən çox oxunanlar
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı

























