Caspian European Club-un biznes-forumunda vergi islahatları müzakirə olunub
Azərbaycan Respublikasının vergilər nazirinin müavini İlkin Vəliyevin iştirakı ilə Caspian European Club və Caspian American Club tərəfindən bu gün (19 aprel) Bakıda təşkil olunmuş biznes-forumda vergi islahatların əsas məsələləri müzakirə olunub.
Biznes-forumda çıxış edən İlkin Vəliyev biznesə və ixracyönümlü müəssisələrə dəstək məqsədilə vergi sistemində həyata keçirilmiş yeni islahatlar barədə məlumat verib. Görüşdə həmçinin özəl sektorla əməkdaşlığın genişləndirilməsi istiqamətləri, həmçinin Caspian European Club və Caspian American Club-un üzv şirkətlərini maraqlandıran məsələlər müzakirə edilib.
Dövlətlə sahibkarlar arasında səmərəli dialoq üçün meydan yaratdığına görə klub rəhbərliyinə minnətdarlığını bildirən İlkin Vəliyev vurğulayıb ki, Vergilər Nazirliyi sahibkarlarla və onlarıı təmsil edən ictimai təşkilatlarla müzakirələrə daim açıqdır və belə müzakirələri sahibkarlığın inkişafı və onun qarşısında duran problemlərin həlli, eləcə də vergi orqanları ilə biznes strukturları arasında partnyorluq münasibətlərinin inkişaf etdirilməsi baxımından olduqca faydalı hesab edir.
Vergi qanunvericiliyində və inzibatçılığında aparılan son dəyişikliklər barədə forum iştirakçılarını məlumatlandıran İlkin Vəliyev bildirib ki, 2016-cı ilin ortalarında qəbul edilmiş “vergi sahəsində aparılacaq islahatların istiqamətləri” barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı vergi sistemində keyfiyyətcə yeni və genişmiqyaslı islahatlara yol açıb. Ölkə iqtisadiyyatı qarşısında müəyyənləşdirilmiş hədəflər və strateji yol xəritələri ilə müəyyənləşdirilmiş yeni iqtisadi strategiyaya uyğun olaraq, vergi sistemində institusional və konseptual islahatlar həyata keçirilib, vergi administrasiyası təkmilləşdirilib, təşkilati strukturun əsaslı transformasiyası həyata keçirilib. “Fərdi yanaşma” prinsipi üzərində qurulan yeni inzibatçılıq mexanizmi vergi ödəyicilərinə münasibətdə yanaşmanı diferensiallaşdırmaq, daha səmərəli, çevik və şəffaf inzibatçılığı həyata keçirməyə imkan verir. Burada əsas yanaşma kiçik və orta sahibkarlıq subyektləri ilə iri və xüsusi rejimli müəssisələrlə iş prinsiplərini ayırmaq, hər bir sahibkarlıq qrupuna fərdi yanaşmanı, eləcə də fiskal və inzibatçılıq yükünün düzgün bölüşdürülməsini təmin etməkdir.
Vergi sistemi qarşısında duran vəzifələrə toxunan İlkin Vəliyev, ilk növbədə, iqtisadi siyasətin mühüm qolu olan və biznes fəaliyyətinin tənzimlənməsində effektiv alət hesab edilən vergi siyasətinin tənzimləyici rolunun artırılmasını, əlverişli, şəffaf və cəlbedici vergi mühitinin formalaşdırılmasını, vergi inzibatçılığının yeni səviyyəyə qaldırılmasını və sahibkarlar üçün xidmətlərin təkmilləşdirilməsini vacib hesab edib.
2017-ci il yanvarın 1-dən vergi qanunvericiyində ciddi dəyişikliklərin qüvvəyə mindiyini xatırladan İlkin Vəliyev bu dəyişikliklərin kiçik və orta biznesin inkişafına daha əlverişli şərait yaradacağını, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimad səviyyəsinin yüksəldilməsinə xidmət edəcəyini, vergi mühitinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarını təşviq edəcəyini qeyd edərək vurğulayıb ki, Vergilər Nazirliyi bu istiqamətdə ictimai təşkilatlarla müzakirələrin davamlı olmasını vacib hesab edir.
Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev qeyd edib ki, Klub biznesmenlər arasında sorğular təşkil edir. Onun sözlərinə görə, Kluba daxil olan məsələlərin və təkliflərin böyük hissəsi məhz vergi sistemi, bu sahədə həyata keçirilən islahatlar və yeniliklər ilə bağlıdır. O, başda nazir Fazil Məmmədov olmaqla biznesmenlərin və Caspian European Club və Caspian American Club-un üzv şirkətlərinin problemlərinə operativ münasibət bildirən və onların həllində fəal iştirak edən Vergilər Nazirliyinin rolunu yüksək qiymətləndirib. Onun sözlərinə görə, vergilər sistemindəki yeniliklər Made in Azerbaijan brendi altında məhsulların ixracının artmasına, sahibkarlığın və bütövlükdə ölkə iqtisadiyyatının inkişafına müsbət təsir göstərəcək.
Telman Əliyev öz çıxışında qeyd edib ki, bu ildən etibarən dövlət məmurları və Azərbaycandaki şirkətlərin top-menecerləri ilə birgə təşkil olunan CEO Lunch artıq rüblük olaraq Qazaxıstan və Gürcüstanda keçiriləcək.
O, Bakıda uğurla təşkil olunmuş 4-cü Beynəlxalq Caspian Energy Forum barədə məlumat verərək bildirib ki, 2017-ci il sentyabrın 20-də Bakıda 1-ci Beynəlxalq Caspian American Forum keçiriləcək.
Telman Əliyev xatırladıb ki, Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradılıb. Caspian European Club-un sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir. Telman Əliyev qeyd edib ki, Azərbaycan dövlət başçısının təşəbbüsü ilə 2016-cı il dekabrın 24-də məqsədi Şimali və Cənubi Amerika dövlətlərinin Xəzər-Qara dəniz regionu şirkətləri ilə biznes-dialoqun inkişafı və fəallaşması olan Caspian American Club təsis edilib. “Caspian American Club üç il ərzində Caspian European Club-la paralel şəkildə fəaliyyət göstərəcək. Hər iki təşkilatın rəhbərliyi, idarə heyətinin, icraiyyə komitəsinin üzvləri eyni olacaq. Caspian European Club-a daxil olan bütün şirkətlər avtomatik olaraq Caspian American Club-a daxil olacaq”, - deyə o, çıxışına davam edib.
Onun sözlərinə görə, Caspian European Club yarandığı ilk gündən neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektoruna cəlb olunmasına yardım edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club dünyanın 50 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.
Caspian Energy, Caspian European Club, Caspian Business Club, Caspian American Club və CEO qeydiyyatdan keşmiş ticarət markalarıdır və Caspian Energy International Media Group-a məxsusdur.
Sözügedən biznes-forumda Azərbaycan, Qazaxıstan, Rusiya, Türkiyə, İran, Aİ-nın 100-dən artıq biznesmeni, həmçinin beynəlxalq təşkilatlarının nümayəndələri və Azərbaycanda qeydiyyatdan keçmiş diplomatik nümayəndəliklərin rəhbərləri iştirak ediblər.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
1 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
2 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
BOKT investorlara illik 18% gəlir təklif edir
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
Ən çox oxunanlar
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Bank kartları dələduzların hədəfinə necə çevrilir?

























