Bakı-Pirşağı-Sumqayıt xəttinə əlavə qatarlar buraxılır
Xırdalan dairəsində dəmir yolu körpüsünün tikintisi müddətində Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları yeni cədvəl ilə hərəkət edəcək.
“Azərbaycan Dəmir Yolları” QSC-nin yaydığı məlumata görə, Bakı-Pirşağı-Sumqayıt istiqaməti üzrə işləyən elektrik qatarlarının sayı artırılıb. Yeni tərtib olunmuş hərəkət qrafikinə bir neçə reys əlavə olunub ki, bu da Bakıdan Sumqayıta və əks istiqamətdə sərnişin sıxlığını azaltmaq məqsədi daşıyır. Yeni cədvəl avqustun 10-dan qüvvəyə minəcək.
Qeyd edək ki, Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi işləri ilə əlaqədar Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsünün sökülərək yenidən tikintisi səbəbindən Bakı-Xırdalan-Sumqayıt istiqamətində elektrik qatarlarının hərəkəti avqustun 10-dan müvvəqəti olaraq dayandırılır. Həmin müddətdən noyabrın 10-dək Biləcəri və Xırdalan istiqamətində elektrik qatarları hərəkət etməyəcək.
Tikinti müddətində Bakı-Pirşağı-Sumqayıt-Bakı xətti üzrə elektrik qatarların yeni hərəkət qrafiki ilə aşağıdakı cədvəllərdə tanış olmaq mümkündür.
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, şənbə və bazar günləri ictimai nəqliyyatın hərəkətinin dayandırılması ilə əlaqədar Bakı-Sumqayıt-Bakı marşrutu üzrə işləyən elektrik qatarları avqustun 31-dək həftə sonları hərəkətdə olmayacaq. Avqustun 8-i və 9-da, 15-i və 16-da, 22-si və 23-də, 29-u və 30-da həmin istiqamətdə sərnişin daşınması həyata keçirilməyəcək.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 2 d. əvvəl
-
54 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Ən çox oxunanlar
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı























