Beynəlxalq neft şirkətləri 2-ci rübü zərərlə başa vurub
Koronavirus pandemiyası səbəbindən neftin qiymətindəki kəskin azalma neft şirkətlərinin maliyyə göstəricilərinə mənfi təsir göstərib.
Marja xəbər verir ki, artıq bir çox irimiqyaslı enerji şirkətləri bu ilin II rübünü zərərlə başa vurub.
Məsələn, ABŞ-ın “ExxonMobil” enerji şirkəti bu ilin II rübündə 1,690 mlrd ABŞ dolları məbləğində zərərlə üzləşib. Halbuki şirkətin ötən ilin II rübündə 5,480 mlrd dollarlıq xalis mənfəəti olmuşdu. Bu ilin II rübündə ABŞ şirkətinin EBİTDA göstəricisi 44% azalaraq 8,403 mlrd dollar təşkil edib.
ABŞ-ın digər nəhəng enerji şirkəti “Chevron” da II rübü zərərlə başa vurub. Şirkət ötən ilin II rübündəki 6,954 mlrd dollarlıq mənfəətə qarşı bu ilin II rübündə 4,671 mlrd dollar zərərlə üzləşib. “Chveron”un EBİTDA göstəricisi 64% azalaraq 5,518 mlrd dollar olub.
Fransanın “Total” şirkətinin isə ilin II rübündə zərəri 8,335 mlrd dollar təşkil edib. Ötən ilin II rübündə şirkət 5,867 mlrd dollar mənfəət əldə etmişdi. Bu ilin II rübündə “Total”ın EBİTDA göstəricisi 44% azalaraq, 8,818 mlrd dollar olub.
Bu ilin II rübündə Norveçin “Equinor” şirkəti isə ötən ilin müvafiq dövründəki 3,186 mlrd dollarlıq mənfəətə qarşı 962 mln dollar zərərlə üzləşib. Şirkətin EBİTDA göstəricisi 40% azalaraq 6,968 mlrd dollar təşkil edib.
Bu ilin II rübünü “Shell” şirkəti isə 18,155 mlrd dollarlıq zərərlə başa vurub. Ötən ilin II rübündə isə şirkət 8,999 mlrd dollar mənfəət əldə etmişdi. Bu ilin II rübündə şirkətin EBİTDA göstəricisi 48% azalaraq 13,769 mlrd dollar təşkile edib.
BP şirkətinin isə II rübündə zərəri 18,285 mlrd dollar (replacement cost əsasında) olub. Ötən ilin II rübündə isə BP 3,870 mlrd dollar mənfəət əldə etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi






.jpg)






.jpg)






