“Rabitəbank” Qurban bayramı münasibətilə bir ailəni şəxsi biznes sahibi edib
“Rabitəbank” ASC aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsi məqsədilə həyata keçirilən “Özünüməşğulluq” proqramı çərçivəsində təşəbbüskar addımlarını davam etdirir.
ASC-dən verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində “Rabitəbank” daha bir vətəndaşımızı şəxsi biznesini yaratmaq arzusuna çatdırdı. Bu dəfə həm də Qurban bayramı münasibətilə Şamaxı sakini Qurbani Ağayev Ağası oğluna ailə təsərrüfatının qurulmasına, həmçinin inkişafına təkan verəcək 3 ədəd yerli cins inək və onların uzunmüddətli yem ehtiyatı Bank tərəfindən əvəzsiz olaraq təqdim edilib. Qurbani Ağayev “Rabitəbank” kollektivinə öz təşəkkürünü bildirib: “Müqəddəs Qurban bayramında ailəmizin ruzisi sizdən gəldi, daimi gəlir mənbəyimiz və öz ailə təsərrüfatımız formalaşdı. Göstərdiyi təqdirəlayiq addıma görə “Rabitəbank”a və bu proqramın bütün tərəfdaşlarına minnətdarlığımı bildirirəm.”
Özünüməşğulluq proqramı hazırda koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması istiqamətində atılan mühüm addım olaraq əhalinin əmək məhsuldarlığının, iqtisadi fəaliyyətinin, ailə gəlirlərinin artmasına və əlavə iş yerlərinin yaranmasına zəmin yaradacaqdır.
Korporativ sosial məsuliyyət “Rabitəbank”ın əsas fəaliyyət istiqamətlərdən biridir. Bank ilin sonunadək ölkənin fərqli regionlarında, eləcə də paytaxtda aztəminatlı vətəndaşların aktivlərlə təmin edilməsini davam etdirəcək.
"Rabitəbank", Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, "Rabitabank Mobile" adlı mobil əlavəsi, İnternet Bankinq və "RabitaBot" adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 35 d. əvvəl
-
- 43 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma






.jpg)
.jpg)




.jpg)



.jpg)









