Dağıstan şirkəti Azərbaycana quş əti ixrac etmək niyyətindədir
Dağıstanın Muxtar Respublikasında yeni yaradılan "Deria" ət emalı kompleksi istehsal etdiyi quş əti məhsullarının Azərbaycan və Qazaxıstana tədarükü üçün danışıqlar aparır. Bu barədə məlumatı Dağıstanın Kənd Təsərrüfatı və Qida Nazirliyinin mətbuat xidməti yayıb.
Məlumatda qeyd olunur ki, investisiya layihəsinə nazirlik tərəfindən ayrılan 31,5 mln. rubl (445 min ABŞ dolları) qrant da daxil olmaqla, ümumilikdə 110 mln. rubl (1,6 mln. dollar) vəsait yatırılıb. Dövlət dəstəyi hesabına müasir texnoloji avadanlıqlar alınıb.
Hazırda yeni sınaq mərhələsində fəaliyyət göstərən müəssisə bir növbəyə 20 ton məhsul istehsal etmək qabiliyyətindədir.
Müəssisənin layihə gücünə çıxması ildə 525 mln. rubl (7,4 mln. dollar) dəyərində olan 5 min ton məhsul istehsalını təmin edəcək. Hazırda müəssisənin əsas fəaliyyəti quş ətinin istehsalı və konservasiyasıdır. 2021-ci ildə isə şirkət iri və xırdabuynuzlu heyvanların kəsmə məntəqəsinin işə salınması məqsədilə dövlətə müraciət etmək niyyətindədir.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















