Goldman Sachs qızılın qiymətilə bağlı proqnozunu 2 min dollara yüksəltdi
Goldman Sachs 12 ay sonra üçün qızıl qiyməti proqnozunu 11% artıraraq 2 min dollara yüksəldib.Qlobal investiya bankı "Goldman Sachs" aşağı faiz mühiti və dolların ucuzlaşması ilə qızılın unsiyasının qiymətinin 2 min dollara yüksələcəyini nəzərdə tutur.
Marja xəbər verir ki, Bank 12 aylıq qiymət proqnozunu 1800 dollardan 2000 dollara, 3 aylıq proqnozunu 1600 dollardan 1800 dollara, 6 aylıq proqnozunu isə 1650 dollardan 1900 dollara yüksəldib.
İqtisadiyyatların yığışma əlamətləri göstərdiyi bu dövrdə qızıla sərmayə tələbinin artdığını qeyd edən bankın analitikləri, "eyni zamanda karantinlərin azalması və dollardakı zəifliyin inkişaf edən ölkələrin istehlakçı tələbini dəstəklədiyini görürük",- bildiriblər.
Qızıl dünən 1.4% artımla 1753 dollardan ticarət olunub. Qızılın unsiyasının qiyməti ilin əvvəlindən bu yana təxminən 14% artıb.
Keçən həftə Deutsche Bank da qızılın 2021-ci ilin sonu üçün qiymət proqnozunu 2000 dollara yüksəldib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
8 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
-
8 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
8 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
12 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
- 13 saat əvvəl
-
13 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
14 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Ən çox oxunanlar
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb



























