Yaponiyada böyük şirkətlərin işgüzar əhval-ruhiyyəsi son 11 ilin minimumuna enib
Cari ilin aprelindən iyununadək Yaponiyanın böyük şirkətlərində işgüzar əhval-ruhiyyə koronavirus pandemiyasına görə son 11 ilin minimumuna enib.
Qeyd edilən nəticə, hökumətin keçirdiyi sorğuya əsasən məlum olub.
Yaponiya Maliyyə Nazirliyinin ölkənin Nazirlər Kabineti ilə birlikdə keçirdiyi sorğunun nəticələrinə görə, kapitalı 1 milyard yendən (9,3 milyon dollar) yüksək olan şirkətlərdə etimad indeksi əvvəlki rübdəki minus 10,1 səviyyəsindən minus 47,6 səviyyəsinə düşüb. Enmənin fasiləsiz olaraq son üç rübdə davam etdiyi qeyd edilir.
2018-ci ildə “Lehman Brothers Holdings Inc.” şirkətinin çökməsi nəticəsində baş verən dünya maliyyə böhranı səbəbindən bu indeksin 2009-cu ilin birinci rübündəki minus 51,3 səviyyəsinə düşməsindən sonra bunun ən aşağı hədd olduğu bildirilir.
Qeyd edək ki, həmin indeks irəliləyişin müşahidə edildiyi şirkətlərə aid faizdən vəziyyətin pisləşməsi barədə məlumat verən şirkətlərlə bağlı faizin çıxılması yolu ilə hesablanır.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 18 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















