Azərbaycan dilinin qaydalarına riayət etməyən 6 028 obyekt aşkarlanıb
Ötən il Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə əlaqədar olaraq açıq məkanda reklamların yayımında dövlət dili ilə bağlı müvafiq qanunvericilik aktlarının tələblərinə əməl olunması sahəsində monitorinqlər həyata keçirilib.
Bu barədə Azərbaycan Dövlət Reklam Agnetliyinin (ADRA) 2019-cu il üzrə hesabatında bildirilib.
Qeyd olunub ki, 17 083 obyektə baxış keçirilib, əcnəbi dillərdə reklam yayımlayan və reklamlarında ədəbi dilin normalarının pozulması ehtimal olunan 6 350 obyektin reklamlarının müvafiq qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılıb.
Nəticədə “Reklam haqqında” Azərbaycan Respublikası qanununun 4.7-ci bəndinin tələblərini pozmaqla açıq məkanda reklam yayımlayan 6 028 obyekt aşkarlanıb.
Təhlükəsizlik və estetik tələblərə cavab verməyən reklam daşıyıcılarının əksər hissəsinin yeniləri ilə əvəz edilməsi istiqamətində zəruri tədbirlər görülüb, ölkə üzrə icazə sənədləri olmayan və yararsız 6 125 ədəd reklamın açıq məkanda yayımının dayandırılması təmin edilib.
Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına yol vermiş şəxslər Agentlik tərəfindən reklam sahəsində mövcud qanunvericiliyin tələbləri barədə məlumatlandırılıb, həmçinin onlara yazılı bildiriş və xəbərdarlıqlar təqdim edilib. Lakin, aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq qanunvericiliyin tələblərini pozmaqda davam edən reklam yayıcıları barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta haqqında 584 protokol tərtib edilərək, baxılmaq üçün aidiyyəti məhkəmələrə göndərilib. Bununla əlaqədar, keçirilmiş məhkəmə proseslərində Agentliyin nümayəndələrinin iştirakı təmin edilib.
Qeyd edək ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 4.7-ci bəndində deyilir ki, reklamda “Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına riayət edilməlidir. Reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı digər dillərdən istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən böyük olmamalıdır. Mətnində digər dillərdə ifadə olunan əmtəə nişanı və coğrafi göstərici müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydə alındığı formada göstərilməlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
12 saat əvvəl
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
-
12 saat əvvəl
24 400 manat ilkin ödəniş et, Biləcəridə tam təmirli, 3 otaq studiya sənin olsun - “Kristal!”
-
13 saat əvvəl
Səudiyyə Ərəbistanın neft şirkətinin obyekti vurulub, fəaliyyətini dayandırıb
- 13 saat əvvəl
-
14 saat əvvəl
Adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlər veriləcək - 62 MİN MANAT AYRILDI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"İran Trampı öldürməyə çalışır"
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Bakı Fond Birjasının ticarət dövriyyəsi kəskin azalıb
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
24 400 manat ilkin ödəniş et, Biləcəridə tam təmirli, 3 otaq studiya sənin olsun - “Kristal!”
Ən çox oxunanlar
“Yaşıl Cümə” başlayır – hər yer yaşıl olacaq!
Adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlər veriləcək - 62 MİN MANAT AYRILDI
PAŞA Sığorta 20 illiyini “Yubiley” kampaniyası ilə qeyd edir!
İran neftin qiymətinin 200 dollara qədər yüksələcəyini ehtimal edir






















