“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
EUR/USD məzənnəsi 1.06$-ın üzərində ticarət edilməkdədir və bu səviyyənin üzərində qaldıqca, 1.07 və 1.08$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır. Eyni zamanda, bu həftənin çərşənbə günü Bakı vaxtı ilə saat 13:00-da açıqlanacaq Avrozonanın mart ayı üzrə yekun inflyasiya səviyyəsinin də məzənnəyə təsir edə biləcəyi gözlənilir.
GBP
Funt sterlinqin qiyməti də 1.25$-ın üzərində ticarət edilməkdədir və qiymət bu həftə 1.26$-a kimi də bahalaşa bilər. Bununla yanaşı, bu həftənin cümə günü Bakı vaxtı ilə saat 12:30-da açıqlanacaq Böyük Britaniyanın pərakəndə satış dövriyyəsi ilə bağlı statistik göstəricilər investorların diqqət mərkəzində olacaqdır.
TRY
Türkiyə maliyyə bazarlarında isə Türk lirəsinin bazar ertəsi 3.72TL-dən 3.63TL-ə kimi bahalaşdığının şahidi oluruq. Buna səbəb Türkiyədə bazar günü keçirilən referendum nəticələrinin müsbət açıqlanmasıdır. Beləliklə, Türk lirəsinin 3.62 və 3.58TL-ə kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır.
OIL
Enerji bazarlarında Avropanın Brent markalı neftin bir barel qiymətinin 55$-ın ətrafında ticarət olunduğu müşahidə edilir. Beynəlxalq araşdırma mərkəzləri və maliyyə qurumları da neft fyuçerlərinin gələcək aylarda 50-60$ aralığında olacağını proqnozlaşdırırlar.
GOLD
Əlvan metallar bazarında dünyada geosiyasi risklərin yenidən artması və xüsusilə də, inflyasiyanın artdığı ölkələrdə qızıla olan tələbin yüksək olmasına səbəb olur. Belə ki, bu gün səhər 1295$-a (41.6$/qram) kimi dəyər qazanan qızılın bir unsiya üzrə qiyməti 1300$ (41.7$/qram) və 1350$-a (43.3$/qram) kimi də dəyər qazana bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 15 d. əvvəl
- 22 d. əvvəl
- 44 d. əvvəl
-
48 d. əvvəl
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
- 2 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“CPM-invest”in xalis mənfəəti 6,6 dəfə artıb
Rəsmi məzənnələr açıqlandı
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 22 GÜN
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
Maliyyə Nazirliyi uzun fasilədən sonra bazara qayıtdı - İllik 7%-lə 10 il müddətinə 200 milyon manat cəlb edir
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı






.jpg)







.jpg)




