Beynəlxalq Bankda vakansiyalar
1 “Azərbaycan Beynəlxalq Bankı” ASC İnsan resurslarının idarə edilməsi departamentində Daxili kommunikasiya üzrə mütəxəssis vakansiyasını elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- Əməkdaşlar üçün yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat
Görəcəyiniz işlər:
- Daxili kommunikasiya sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi;
- Daxili kommunikasiya kanallarının idarə edilməsi;
- Xarici və daxili kommunikasiyalar üçün mətnlərin yazılması və koordinasiyası;
- Kreativ ideyaların təklif edilməsi;
- Kommunikasiya prosesinin davamlılığının təmin edilməsi üçün müxtəlif görüşlərin, fokus qrupların və s. keçirilməsi;
- Müxtəlif layihələrin və tədbirlərin təşkili;
- Daxili korporativ jurnal üçün mətnlərin yazılması;
- Bankın əməkdaşları arasında əlaqələndirmə və koordinasiya işinin həyata keçirilməsi
Bizim üçün ideal namizəd:
- Jurnalistika, kommunikasiya sahəsində ali təhsili olan (arzuolunandır);
- Azərbaycan dilində mükəmməl yazı və səlis şifahi ünsiyyət bacarıqları olan;
- Rus dilində yaxşı səviyyədə ünsiyyət və yazı bacarıqları olan;
- İngilis dilində yaxşı səviyyədə ünsiyyət və yazı bacarıqları olan;
- Yüksək motivasiya və əla kommunikasiya bacarıqları olan;
- Yüksək səviyyədə MS Office proqramlarında işləmə bacarığı olan bir şəxsdir
Axtardığımız namizəd Sizsinizsə, CV-nizi 19.06.2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən müvafiq vəzifə adının göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara
2. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Transformasiya Ofisi Risklərin idarə edilməsi üzrə Mütəxəssis/Aparıcı mütəxəssis/Baş mütəxəssis vəzifələrinə vakansiya elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
-Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
-Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
-Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
-Yüksək komanda ruhunda əməkdaşlıq;
-Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- Əməkdaşlar üçün yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat
Görəcəyiniz işlər:
- Maliyyə risklərinin qiymətləndirilməsi üçün lazımi analitik və statistik texnikalardan istifadə edilməsi üzrə məsləhət vermək və dəstək olmaq;
- Kredit portfelinin müxtəlif kriteriyalar üzrə təhlilinin aparılması üzrə məsləhət vermək və dəstək olmaq;
- Bankın risk iştahı, dözümlülük hesabatı, risk strategiyası, siyasəti, müxtəlif risk indikatorları üzrə təkliflərin irəli sürülməsi üzrə məsləhət vermək və dəstək olmaq;
- Maliyyə risklərinin idarə edilməsi üzrə layihələrdə koordinasiya və dəstəyin göstərilməsi;
- İdarə Heyəti və Transformasiya Ofisinin mütəmadi iclasları üçün transformasiya prosesinin ümümi inkişaf gedişinə dair hesabatların hazırlanması
Bizim üçün ideal namizəd:
- İqtisadiyyat, maliyyə və ya digər müvafiq istiqamət üzrə ali təhsili olan;
- Kreditlərin verilməsi, təsnifləşdirilməsi və s. barədə AR Mərkəzi Bankının müvafiq normativləri və qaydaları barədə biliklərə sahib olan;
- Bank sahəsində ən az 3 il iş təcrübəsi olan; (Kredit/Bazar/Əməliyyat risklərinin idarə olunmasında ən az 1 il təcrübəsi olan);
- CFA, FRM və ya müvafiq sahə üzrə beynəlxalq serifikatlara sahib olan;
- Yüksək səviyyədə Azərbaycan, İngilis və Rus dillərini bilən;
- Güclü kommunikativ qabiliyyətə sahib olan;
- MS Office proqram bilikləri yüksək səviyyədə olan bir şəxsdir
Axtardığımız namizəd Sizsinizsə, CV-nizi [email protected] elektron ünvanına 19.06.2020 tarixinədək göndərməyiniz xahiş olunur (məktubun mövzusu: "TO Risklərinin idarə edilməsi üzrə Mütəxəssis/Aparıcı mütəxəssis/Baş mütəxəssis")
Məktubun mövzu hissəsində müraciət edilən müvafiq vəzifə adının göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Əlavə məlumat üçün: www.ibar.az
3. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Tranformasiya Ofisi Pərakəndə və Rəqəmsal bankçılıq üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- Əməkdaşlar üçün yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat
Görəcəyiniz işlər:
- Pərakəndə və Rəqəmsal bankçılıq üzrə strateji təşəbbüslərin həyata keçirilməsi məqsədilə müvafiq struktur bölmələrə koordinasiya, təcrübə, ideya və məzmün dəstəyi vermək;
- Təşəbbüslərin həyata keçirilməsi zamanı üzə çıxan baryerləri müəyyən etmək və onların aradan qaldırılmasını təmin etmək;
- Zərurət olduqda, müəyyən təşəbbüslərin həyata keçirilməsi məqsədilə məsləhətçilərin dəvət edilməsini təmin etmək;
- Xüsusi hallarda müəyyən təşəbbüslər üzrə sahibliyi müvafiq struktur bölmələri ilə razılaşdırılmış halda öz üzərinə götürmək, belə təşəbbüslərin icrasına görə məsuliyyət daşımaq;
- Təşəbbüslərin vaxtında və keyfiyyətlə icrasına nəzarət etmək, təşəbbüslərə sahiblik edən və dəstəkləyici struktur bölmələrindən onların icrasına mane olan səbəblər, həmin səbəblərin aradan qaldırılması istiqamətində planlaşdırılan və atılmış addımlar barədə məlumat almaq;
- Transformasiya proqramının Pərakəndə və Rəqəmsal bankçılıq istiqaməti üzrə ümumi inkişaf gedişatına dair hesabatlar hazırlamaq və kommunikasiyasını həyata keçirmək
Bizim üçün ideal namizəd:
- İqtisadiyyat və bənzər istiqamət üzrə ali təhsili olan;
- Məhsulların yaradılması, Satışlar və ya Elektron bankçılıq istiqaməti üzrə ən azı 3 il iş təcrübəsi olan;
- İngilis və Rus dillərində yaxşı səviyyədə ünsiyyət və yazı bacarıqları olan;
- Yüksək motivasiya və əla kommunikasiya bacarıqları olan;
-Yüksək səviyyədə MS Office proqramlarında işləmə bacarığı olan bir şəxsdir
Axtardığımız namizəd Sizsinizsə, CV-nizi [email protected] elektron ünvanına 19.06.2020 tarixinədək göndərməyiniz xahiş olunur (məktubun mövzusu: "TO Pərakəndə və Rəqəmsal Bankçılıq üzrə baş mütəxəssis")
Məktubun mövzu hissəsində müraciət edilən müvafiq vəzifə adının göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Əlavə məlumat üçün: www.ibar.az
Müştərilərin xəbərləri
"“Avant Group” MMC- nin ləğvi fəaliyyətin dayandırılması və ya biznesin bağlanması ilə bağlı deyil" - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 4 d. əvvəl
-
- 13 d. əvvəl
-
47 d. əvvəl
AZAL 2 milyard 29 milyon manat qazanıb, 1 milyard 812 milyon manatını xərcləyib
-
1 saat əvvəl
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən il 3,6 milyard dollar qazanc gətirib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
"“Avant Group” MMC- nin ləğvi fəaliyyətin dayandırılması və ya biznesin bağlanması ilə bağlı deyil" - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Ən çox oxunanlar
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb
Yanvarın 10-da gözlənilən hava şəraiti
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən il 3,6 milyard dollar qazanc gətirib
Google-dan tarixi dəyişiklik: Gmail-də 20 ilin ən böyük yeniliyi
ING: AMB 2026-cı ilin I rübündə uçot dərəcəsini 6,75 % saxlayacaq










.jpg)












