Azərbaycana bu ilin ilk rübündə 4,8 milyon dollarlıq ətir idxal olunub
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana 4 milyon 792,4 min ABŞ dolları dəyərində 435,29 ton ətir və tualet suyu idxal olunub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, idxal dəyər ifadəsində 5,6% azalıb, miqdar baxımından isə 42,3% artıb.
İdxal əməliyyatlarının 1 milyon 560,16 min dolları (21,72 ton) Fransadan, 489,14 min dolları (7,74 ton) İtaliyadan, 457,69 min dolları (60,16 ton) Türkiyədən, 456,33 min dolları(215,8 ton) Çindən, 272,23 min dolları (2,07 ton) Böyük Britaniya və Şimali İrlandiyadan, 259,85 min dolları (23,76 ton) Polşadan, 247,49 min dolları (15,3 ton) Birləşmiş Ərəb Əmirliklərindən, 239,04 min dolları (7,76 ton) İspaniyadan həyata keçirilib.
Hesabat dövründə ölkədən 300,81 min dollar dəyərində 2,71 ton ətir və tualet suyu ixrac olunub ki, bu da müvafiq olaraq 14,4 dəfə və 38,7 dəfə artıb.
Qeyd edək ki, ötən ilin I rübü ərzində ölkəyə 5 milyon 74,61 min dollar dəyərində 306,01 ton eyniadlı məhsul idxal olunub. İxrac isə 20,86 min dollar dəyərində olmaqla 0,07 ton təşkil edib.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























