Bakıya gediş-gəliş və ya Bakıdan gediş-gəliş bərpa olunur?
Əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin 4 may 2020-ci il saat 00:00-dan etibarən yumşaldılmasına dair qərar verilib.
Marja Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi qüvvədə qalır, digər rayon və şəhərlərdə isə (o cümlədən Naxçıvanda) ləğv olunur.
Qısası, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda yaşayanlar yaşayış yerini 3 saat ərzində yalnız SMS icazə ilə tərk edə bilərlər, respublikanın rayon və şəhərlərinə səfər edə bilməzlər.
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu xaric digər rayon və şəhərlərdə rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunur (ictimai nəqliyyatla sərnişindaşıma xidməti istisna olmaqla).
Məsələn, Qubada yaşayan Şəkiyə, Bərdəyə gedə bilər, amma Bakıya səfər edə bilməz. Eyni zamanda, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda yaşayanlar rayonlara səfər edə bilməzlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















